Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında -FOTOLAR

narin-serfeli-xidmetleri-indi-baki-hava-limaninda

Sərfəli rabitə xidmətləri ilə tanınan “Nar” indi Heydər Əliyev Beynəlxalq Aeroportunda abunəçilərinə xidmət göstərir. Yeni fəaliyyətə başlayan “Nar” satış mərkəzi həm yerli vətəndaşlara, həm də ölkəmizə gələn turistlərə rahat şəkildə mobil xidmətlərə çıxış imkanı yaradır.

Yenixeber.org: 24 saat fasiləsiz fəaliyyət göstərən bu mərkəz “Nar”ın ölkə üzrə müasir standartlarla qurulan satış şəbəkəsinin bir hissəsidir və ölkəmizə gələn qonaqlar, həmçinin yerli sakinlər üçün mobil nömrə əldə etmək prosesini daha da asanlaşdırır. Hava limanı kimi strateji ərazidə belə bir xidmətin təqdim olunması operativlik və əlçatanlıq baxımından müştərilər üçün mühüm üstünlük yaradır.

“Nar”ın digər satış və xidmət mərkəzləri haqqında ətraflı məlumatla bu keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.nar.az/senin-ucun/xerite/

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam