Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işləri üzrə məhkəmə prosesi başlayır

 

İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işləri üzrə məhkəmə prosesi başlayır.

Yenixeber.orun məlumatına görə, cinayət işi baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, yanvarın 18-də İmişlidə Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol qəzası baş verib. Belə ki, ərazidə xidmət aparan yol polisi avtomobilinin qarşısına qəflətən digər avtomobil çıxıb və qəza nəticəsində yol kənarında olan 3 məktəbli dünyasını dəyişib.

İstintaqla müəyyən olunub ki, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlı qohumuna məxsus olan avtomobili qanunsuz ələ keçirməklə qaçıraraq, sürücülük hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olub. Daha sonra qəzada xəsarət alan uşaqlardan biri də Bakıda müalicə olunduğu klinikada vəfat edib.

Həmçinin ittihama görə o, idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq hadisə yerindən qaçıb.

Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisədən sonra qəzaya səbəb olan avtomobili idarə edən şəxs, eləcə də qəzaya düşən Yol Patrul Xidməti avtomobilinə zərər vuraraq hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər saxlanılıblar.

Məhkəmənin qərarı ilə saxlanılan 14 nəfər (Bayramlı Bəylər, Babayev Rasif, Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib) barələrində həbs qətimkan tədbiri seçilib.

Qəzaya düşən Yol Patrul Xidməti avtomobilinə zərər vuraraq hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam