Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

ASA-da “Mavi İşıqlı Yol” adlı beynəlxalq konfrans təşkil olunub-FOTOLAR

 

Aprelin 19-da Gənclər və İdman Nazirliyinin, Azərbaycan Autizm Assosiasiyasının (AAA) və Azərbaycan İdman Akademiyasının (ASA) birgə təşkilatçılığı ilə “Mavi İşıqlı Yol” adlı beynəlxalq konfrans keçirilib.
Yenixeber.org: Tədbirin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqlara və onların ailələrinə psixoloji, pedaqoji və tibbi dəstək göstərilməsi sahəsində aparılan elmi tədqiqatların nəticələri və praktiki təcrübələrin mübadiləsi, bu sahədə çalışan mütəxəssislər arasında peşəkar əlaqələrin qurulması, həmçinin təhsil, səhiyyə, ictimai və dövlət qurumları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsidir.
Konfransın açılış mərasimində AAA-nın sədri Elnur Məmmədov, Milli Məclisin deputatları Vüqar İskəndərov və Ceyhun Məmmədov, ASA-nın Elm və innovasiya üzrə prorektorunun müşaviri Nailə Kələntərli çıxış ediblər.
Çıxışçılar konfrans iştirakçılarına və təşkilatçılara maraqlı müzakirələr, mövcud problemlərin yeni və innovativ həll yollarının tapılması, qarşılıqlı anlaşmaların və yeni birgə layihələrin hazırlanmasını arzulayıblar.
AAA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ürfan Məmmədlinin moderatorluğu ilə keçirilən plenar hissədə Citomed klinikasının həkim-nutrisioloqu, ANDOP-un aparıcı təlimçisi Emil Hidayətli “Sağlam qida – Autizmli fərdlər üçün düzgün qidalanma”, Türkiyə Ulusal Otizm Konfederasiyasının sədr müavini, Otisium Otizm Spor Yaşam Mərkəzinin direktoru Erdal Ateş “İdman və reabilitasiya – Hərəkət və reabilitasiyanın əhəmiyyəti”, Ombudsman Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva “Autizm fərdlərinin hüquqları – Hüquqlar və dəstək imkanları” mövzularında çıxış ediblər.
Konfrans işini panel müzakirələrlə davam etdirib. Citomed klinikasının həkim-nutrisioloqu Emil Hidayətli və Otisium Otizm Spor Yaşam Mərkəzinin direktoru Erdal Ateş iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Tədbir çərçivəsində, həmçinin “Autizmə dair kompleks yanaşma – Təhsil, reabilitasiya, hüquq və cəmiyyət dəstəyi” mövzusunda da geniş müzakirələr aparılıb.
Sonda “Mavi İşıqlı Yol” beynəlxalq konfransının iştirakçılarına sertifikatlar təqdim olunub.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam