Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Nazirin çantası oğurlandı -...3000 dollar pul olub

Noemin çantasında dərmanlar, mənzil açarları, pasport, kosmetik çanta və təxminən 3000 dollar pul olub

Yenixeber.org: Naməlum şəxs ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noemin çantasını oğurlayıb. Bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Hadisə Vaşinqtonun mərkəzində, Noemin nahar etdiyi restoranda baş verib.

Telekanalın mənbəsinin bildirdiyinə görə, çantada sürücülük vəsiqəsi, dərmanlar, mənzil açarları, pasport, rəsmi sənəd, kosmetik çanta və təxminən 3000 dollar pul olub.

Nazirin təhlükəsizliyini təmin edən Məxfi Xidmətin əməkdaşları restoranın təhlükəsizlik kameralarının görüntülərini yoxlayıb və çantanın tibbi maska ​​taxan naməlum ağdərili şəxs tərəfindən oğurlandığını müəyyən ediblər. Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam