Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tramp Amerikada “AzTV” yaratmaq istəyir

Qulu Məhərrəmli: “Onun dedikləri illüziyadır və baş tutmayacaq”; Bəxtiyar Hacıyev: “Tramp dünyada CNN vasitəsilə özünün tənqid olunmasından narahatdır”

Yenixeber.org: ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlara CNN telekanalı ilə rəqabət apara biləcək dövlət televiziyası açmaq lazımdır. Trampın dediyinə görə, CNN bütün dünyaya Birləşmiş Ştatların yanlış obrazını təqdim edir. Seçkiqabağı kampaniyasının və prezident vəzifəsinin icrasına başladığı andan administrasiyasının fəaliyyətinin CNN tərəfindən mənfi təqdim olunması Trampı narazı salıb.

Ağ Evin başçısı twitter sosial şəbəkəsindəki səhifəsində yazıb ki, ABŞ-da “güclü səs”i, amma aşağı reytinqi olan CNN telekanalı ölkədə baş verən hadisələri dünyaya ədalətsiz və yanlış şəkildə göstərir. Tramp yazıb: “Buna qarşı nəsə etmək lazımdır. ABŞ əslində kim olduğumuzu - Qüdrətli dövlət olduğumuzu dünyaya göstərmək üçün öz ümumdünya şəbəkəsini yarada bilər”.

Əslində Trampın media ilə gərgin münasibətləri, xüsusən də CNN, “Vaşinqton Post” kimi media qurumları ilə davamlı söz atışmaları heç kimə sirr deyil. Bir neçə dəfə mətbuat konfransında belə sözügedən media orqanı təmsilçiləri ilə yaşadığı gərginlik buna misaldır. Amma bu, ona ölkədə dövlət telekanalı qurmağa imkan verəcəkmi? Qanunlar onun bu istəyini hansı formada əngəlləyə bilər?

qulu mÉhÉrrÉmli ile ilgili görsel sonucu

Media eksperti Qulu Məhərrəmli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Trampın CNN-lə ziddiyyəti bəllidir. Onun sözlərinə görə, Amerika prezidentinin son illər avtoritar ölkələrin rəhbərləri ilə daha çox görüşməsi onun düşüncələrinə də birbaşa təsir göstərib. Q.Məhərrəmli xatırlatdı ki, qanunlara görə, əslində dövlətin heç bir media qurumu ola bilməz, heç bir siyasi qurumdan asılı olmamalıdır: “Bütün hakimiyyətlər istəyər ki, mediada müsbət təqdim olunsunlar. CNN də onları pis təqdim etmir. Sadəcə, onlar öz siyasətini Senatın, prezidentin istəyi ilə qurmurlar. CNN dünyanın ən keyfiyyətli media qurumlarından biridir”.

Q.Məhərrəmli dedi ki, Amerikada dövlət televiziyası qurmaq üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, konstitusiyanın birinci düzəlişınə görə, söz və mətbuat azadlığını məhdudlaşdıran heç bir qanun qəbul oluna bilməz: “Onlar bu fikirdədir ki, asılı media qurumu yaradılarsa, administrasiyanın fəaliyyəti haqqında təbliğat aparmaqla mənfi, qeyri-obyektiv təsəvvür yaradır. Ona görə də hökumətin fəaliyyətini müstəqil qurum şərh edə bilər. Amerikada media nisbətən müstəqildir. Müəyyən tendensiyalara bağlılığı olan media qurumları var. Amma bu, ümumi mənzərəni dəyişmir”.

Müsahibimiz dedi ki, Trampın bu ideyası çox romantik və impulsiv ideyadır. Onun fikrincə, bu ideya həyata keçsə, Amerika demokratiyadan uzaqlaşmış olar. 80-ci illərdə Amerikada bütün televiziyaların ictimailəşdiyini deyən Q.Məhərrəmli indi ölkədə dövlət televiziyası olmadığını dedi: “Trampın partiyasına rəğbətini olan media qurumları var. CNN rəğbət bəsləmir və bunu açıq şəkildə ifadə edir. Ona görə də Trampın dedikləri, sadəcə, illüziyadır və istəkləri baş tutan deyil”.

BÉxtiyar Hacıyev ile ilgili görsel sonucu

Gənc fəal, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev isə vurğuladı ki, ABŞ prezidenti bu təklifini daxili auditoriya üçün yox, ABŞ-ı dünyada daha yaxşı təbliğ etmək üçün verdiyini bildirib. Onun sözlərinə görə, ABŞ daxilində media dövlətdən ayrı, dövlət üzərində nəzarət edən və kifayət qədər fərqli siyasi qruplara yaxın gücdür, heç bir kanalın dominantlığı hiss edilmir: “Amerikadan kənarda isə dövlət tərəfindən maliyyələşdirilən ”Amerikanın səsi" və “Azadlıq” radioları kimi media qurumları var, onlar ABŞ maraqlarını kifayət qədər yaxşı qoruyurlar. Bundan başqa, Amerikadakı “Vaşinqton Post”, “Nyu-York Tayms” kimi qəzetlər də dünyada ABŞ-da baş verənlərlə bağlı obyektiv və operativ məlumat yayırlar. İlk baxışdan Trampın Rusiya, Çin, Qətər kimi ölkələrin dövlət tərəfindən maliyyələşdirdiyi və əsas işi propaqanda olan TV kanallarına qarşı, “Amerikanın səsi” kimi əks təbliğat aparan TV kanalının yaradılması normal görünə bilər. Lakin böyük ehtimalla, Tramp bunu öz daxilindəki diktatorluq hissi, mətbuatı nəzarətə almaq, “xaricdə ABŞ-ı daha yaxşı təbliğ etmək” adı ilə, dövlət tərəfindən maliyyələşdirilib, Ağ Evin, xüsusilə də şəxsən Donald Trampın təbliğatını aparmaq arzusundan irəli gəlir".

B.Hacıyev bildirdi ki, Tramp bu təklifi son zamanlar dünyada kifayət qədər nüfuzu olan CNN-in onu kəskin tənqid etməsi, CNN ilə özü arasındakı gərginlik, məhkəmə çəkişməsində kanala uduzduqdan sonra səsləndirib: “Bu isə onu göstərir ki, Tramp CNN-in dünyada ABŞ-ı yaxşı təbliğ etməməsindən yox, dünyada CNN vasitəsi ilə özünün tənqid olunmasından narahatdır”.

Arayış üçün bildirək ki, ABŞ-da dövlət televiziyası yoxdur. PBS yeganə ictimai kanaldır. Onun əməliyyatları fərdi xeyriyyəçilər hesabına maliyyələşdirilir. ABŞ dövləti xarici auditoriya üçün müxtəlif dillərdə yayımlar təşkil edən “Amerikanın səsi” və AzadlıqRadiosu, habelə Kuba auditoriyası üçün verilişlər yayımlayan “Radio and Television Marti” radiostansiyalarının fəaliyyətinə müəyyən məbləğdə vəsait ayırır. Bu təşkilatlara “ABŞ-ın Yayım Məsələləri üzrə Müdirlər Şurası” nəzarət edir.

“Yeni Müsavat” xatırladır ki, D.Trampın CNN kanalı ilə münaqişəsi hələ seçkiöncəsi dövrə təsadüf edir. Ən son qalmaqal isə bu ayın əvvəlində baş vermişdi. CNN müxbiri Jim Akostanın şəxsən Tramp tərəfindən təhqir edilməsi və Ağ Evdən qovulması ciddi narahatlıq yaratmışdı.

Tramp bundan əvvəl də jurnalistlərlə kobud davranmışdı və onları Ağ Evə buraxmamağı əmr etmişdi. Habelə az qala hər gün onun barəsində tənqid yazan KİV-ləri “feyk nyus” adlandırır, Amerika mətbuatının onu tənqid edən qisminə nifrətini büruzə verir. Bu dəfəki insident isə ABŞ-da Konqresə noyabrın 7-də keçirilən aralıq seçkilərdən sonra Trampın keçirdiyi ilk mətbuat konfransında baş verib. Konfransın detallarını yada salaq.

CNN müxbiri Jim Akosta Trampın son günlər ABŞ sərhədlərinə doğru hərəkət edən minlərlə Cənubi Amerikalı miqrantlara qarşı ordu yeritməsi, onları işğalçılar adlandırmasının səbəbləri ilə maraqlanıb. “Nədən mühacir karvanını işğalçı hesab edirsiniz?”-jurnalist soruşub. Tramp qəzəbli cavab verib: “Çünki mən onların işğalçı olduqlarını düşünürəm. Biz bu məsələdə fərqli düşünürük. Hətta yeni şirkətlər ABŞ-a gələndə bu insanlara ehtiyacımız da olacaq. Amma qanuni yollarla gəlməlidirlər”.

Jim Akosta prezidentlə polemikaya girib, miqrantların əslində ABŞ sərhədlərindən çox uzaqlarda olduqlarını ona xatırladıb. Tramp isə hiddətlənib: “ABŞ-ı mən idarə edirəm, sən CNN-i idarə etməklə məşğul ol. Yaxşı işləsəydiniz reytinqiniz də yüksək olardı”.

Jim Akosta bu dəfə Trampa xüsusi prokurorun Rusiya araşdırması barədə sual verib və prezidenti lap özündən çıxarıb. “Bu qədər yetər. Mənim bu təhqiqat barədə hər hansı bir narahatlığım yoxdur, çünki hamısı quramadır”. 

Jurnalist sualında israr edib və bu dəfə Tramp kürsüdən enərək ona tərəf şığımaq istəyib, amma dərhal geri dönüb və jurnalisti təhqir edib: “Sən kobud, qanmazın birisən, CNN üçün işləməməlisən. Sara Hakkabiyə (Ağ Evin mətbuat katibi), insanlara çox pis davranırsan. CNN  yalan xəbər yayır,  xalq düşmənisiniz”.

Akosta Trampa cavab verməyə çalışarkən Ağ Ev əməkdaşı onun əlindən mikrofonu almağa cəhd edib. Jurnalist mikrofonu əlindən buraxmayıb, bu dəfə əməkdaş diz çökərək onun çıxışını bitirməsini gözləyib. CNN müxbirindən sonra Trampa sual vermək üçün söz alan başqa jurnalist həmkarını müdafiə etməyə çalışıb. Tramp “Sən də onun gününə düşmək istəyirsən?” deyə ona cavab verib.

Canlı yayımda baş verən bu hadisələrdən sonra Ağ Ev sözçüsü Sara Hakkabi Sanders bildirib ki, CNN müxbiri onun əlindən mikrofonu almaq istəyən əməkdaşa toxunduğu üçün akkreditasiyası ləğv edilib. “Tramp mətbuat azadlığına inanır və ona ünvanlanan sərt sualları normal qarşılayır. Ancaq bir jurnalistin işini yerinə yetirən əməkdaşa toxunmasını qətiyyən xoş qarşılaya bilmərik” - o bildirib.

“Yeni Müsavat” xatırladır ki, bu günə qədər Tramp dəfələrlə media ilə kəskin qalmaqallar yaşayıb. Tramp yeganə ABŞ prezidentidir ki, bu ölkənin tarixində seçkilərin taleyini həll edən media nəhənglərinə qarşı açıq savaş açıb. Trampa qarşı açılan savaş daha çox media müstəvisindədir və bu prosesin ciddi ictimai dəstək qazanacağı az inandırıcı görünür. ABŞ biznes ölkəsidir. Burada dövlət siyasətini iqtisadi maraqlar tənzimləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam