Fransisklə vida mərasimi aprelin 23-də müqəddəs Pyotr kilsəsində keçirilə bilər -YENİLƏNİB
Roma Papası Fransiskin nəşi müqəddəs Pyotr kilsəsində aprelin 23-ü səhər saatlarında vida üçün qoyula bilər.
Yenixeber.org-un məlumatına görə, bunu jurnalistlərə Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin rəhbəri Matteo Bruni bildirib.
"Müqəddəs Atanın meyitinin Vatikan bazilikinə köçürülməsi sabah ilk Kardinallar Konqreqasiyasından sonra müəyyən olunacaq ", - o qeyd edib.
Roma Papası Fransisk (əsl adı Xorxe Mario Berqolyo) vəfat edib.
Bu barədə "Reuters" Vatikana istinadən məlumat yayıb.
Roma Papası 88 yaşında vəfat edib.
Qeyd edək ki, 2013-cü ildə Roma Papası seçilən Fransisk Argentinada doğulub. Son aylarda o, pnevmoniya xəstəliyindən əziyyət çəkirdi.
Onun son dəfə ictimaiyyət qarşısına çıxması bir gün əvvəl baş vermişdi, o zaman o, Pasxa müraciəti ilə çıxış etmişdi.
Qeyd edək ki, ənənəvi olaraq papa Vatikan qrotlarında - Müqəddəs Pyotr kilsəsinin altındakı kriptalarda dəfn edilir. Roma Papası Fransisk vəsiyyət edib ki, onu Romanın Eskvilino rayonundakı Santa-Mariya-Maccore bazilikasında dəfn etsinlər. Kilsə dörd əsas papa bazilikasından biridir.
Yeddi papa - 1216-cı ildə III Honoridən 1669-cu ildə IX Klementə qədər - orada dəfn ediliblər.