Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Tanınmış vəkil Adəm Məmmədov həbsdən hüquq ictimaiyyətinə müraciət etdi

 

Hörmətli hüquq ictimaiyyəti və dostlar! 

Mən sizə Bakı İstintaq Təcridxanasında qanunsuz və əsassız hökm əsasında saxlanmağım, apellyasiya şikayətlərinin apellyasiya instasiyasına göndərilməsinə yaradılmış süni maneələr haqqında məlumat vermək istəyirəm.  

Yenixeber.org xəbər verir ki, bu sözləri hal-hazırda Bakı İstintaq Təcridxanasında həbsdə olan tanınmış vəkil Adəm Məmmədov hörmətli hüquq ictimaiyyəti və dostlara ünvaladığı müraciətdə bildirib.  

Müraciəti olduğu kimi təqdim edirik:

Belə ki, mən qanunla.az xəbər saytının yalnız təsisçisiyəm. Həmin saytda paylaşılan xəbərlərdən mənim məlumatım olmur. 04.07.2024-cü il tarixdə bizə heç bir aidiyyatı olmayan qafqazaz.com saytında paylaşılan xəbərlər istinadla mənim sadəcə təsisçisi olduğum qanunla.az saytında adminlər tərəfindən paylaşılmışdır.  

Qanunvericiliyə əsasən təsisçinin heç bir məsuliyyəti olmadığı halda mən əsassız olaraq Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova tərəfindən 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişəm. 

Gültəkin Əsədova məhkəmə iclasında mənim son söz deməyimə belə imkan vermədi. Bunun nə olduğunu hüquq ictimaiyyəti çox gözəl bilir. Hal hazırda Gültəkin Əsədova qanunsuzluqlarını davam etdirməkdədir.  

Belə ki, 20 gün müddətində bütün tərəflərin (təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, xüsusi ittihamçı və onun nümayəndələri) apellyasiya şikayəti verməsinə baxmayaraq, xüsusi ittihamçının müddət bitdikdən, yəni 01.04.2025-ci il tarixdən sonra 10.04.2024-cü il tarixdə müqavilə bağladığı, birinci instansiya məhkəməsində nümayəndə qismində tanınmayan vəkilinin guya ötürülmüş müddətin bərpasına dair ərizəsinə qərəzli olaraq baxış təyin etmiş, müddətin bərpasını rədd etmişdir. Bununla da mənim əlavə olaraq 20 gün müddətində həbsdə qalmağıma hökm etmişdir. 

Halbuki hakim AR CPM-ə əsasən həmin ərizəni baxılmamış saxlayıb apellyasiya şikayətlərini dərhal apellyasiya məhkəməsinə göndərməli idi. Yəqin ki,  ədalətsiz hökmün ləğv olunacağından çox narahat olduqları üçün işin apellyasiya məhkəməsinə göndərilməsinə süni maneələr yaradılır. Məni narahat edən həbsdə qalmağım yox, ədalətin həbs edilməsidir. 

Növbəti paylaşımımda qanunsuz həbsimin xüsusatlarını sizə ətraflı şəkildə açıqlayacağam. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam