Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb

Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb.

Yenixeber.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndi səfəri çərçivəsində deyib.

O, Xankəndi barədə danışaraq qeyd edib ki, adı “Xanın kəndi” mənasını verən bu şəhər Azərbaycan tarixinin qədim və əhəmiyyətli yaşayış məntəqələrindən biridir:

"1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından sonra şəhər onilliklər boyunca Stepanakert kimi adlandırılıb. 1980-ci illərin sonlarında isə Xankəndi separatizmin, terrorizmin və terror fəaliyyətlərinin mərkəzinə çevrildi, bu da Azərbaycanda və daha geniş regionda uzun sürən faciəli münaqişənin əsasını qoydu”.

H.Hacıyev vurğulayıb ki, həmin dövrdə şəhər beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulduğu bir yerə çevrilib.

"Burada azərbaycanlı mülki şəxslərin və hərbi qulluqçuların əsir və girov kimi saxlanılması, işgəncəyə məruz qalması halları baş verib. Bir növ bu şəhər azərbaycanlı əsirlər üçün düşərgə rolunu oynayıb. "Soyuq müharibə"dən sonra beynəlxalq ictimaiyyət sülh və əməkdaşlıq əsasında yeni dünya nizamı qurmağa çalışdığı bir zamanda bu şəhər, təəssüf ki, həmin prinsiplərin pozulmasının simvoluna çevrilib”, - O vurğulayıb.

Prezidentin köməkçisi əlavə edib ki, Xankəndi beynəlxalq hüququn məhv edildiyi bir məkan olub:

“Bu gün Azərbaycan regionda yeni status-kvo yaradaraq bu şəhəri həyata qaytarır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam