Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Fəxri Kazımov 11.7 milyon manatı......

media-fexx

Hesablama Palatası (HP) İpoteka vә Kredit Zәmanәt Fondunda güzəştli ipoteka kreditlərinin verilməsində bəzi nöqsanlar aşkarlayıb.

Yenieber.org: Bu barədə Palatadan redaksiyamıza verilən məlumatda qeyd olunub.

Məlumata görə, güzәştli ipoteka kreditlәrinin verilmәsindәn geri qaytarılan vәsait tam olaraq tәkrar maliyyәlәşdirmәyә yönәldilmәyib, bir hissәsi ipoteka örtüyü ilә tәmin edilmiş ipoteka istiqrazlarının bağlanmasına vә digәr istiqamәtlәrә yönәldilib.

” 2009-2023-cü illәr әrzindә ümumilikdә 185,5 mln. manat vәsait daxil olub ki, onun da 44,4 mln. manatı güzәştli ipoteka kreditlәrinin yenidәn maliyyәlәşdirilmәsinә, 129,4 mln. manatı Fondun emissiya etdiyi ipoteka istiqrazlarının ödәnişinә yönәldilib, 11,7 mln. manatı isә hesablaşma hesabının qalığında qalıb. Fondun Nizamnamәsinә әsasәn fәaliyyәtinin әsas mәqsәdi ölkә әhalisinin yaşayış sahәsi ilә tәmin edilmәsi olsa da, 2023-cü ildә verilmiş ipoteka kreditlәrinin әksәriyyәti Bakı şәhәrindә cәmlәnib, regionlarda eyni mәqsәdlә hәyata keçirilәn fәaliyyәtin yetәrincә genişlәnmәdiyi müşahidә edilib”.

Palata qeyd edib ki, dövlәt büdcәsindәn Mәnzil İnşaatı Dövlәt Agentliyinin sәrәncamında olan mәnzillәrin güzәştli ipoteka kreditlәri vasitәsilә satışını dәstәklәmәk üçün ayrılmış vәsait tam istifadә edilmәyib, qalıq vәsait Fond tәrәfindәn digәr likvid aktivlәrin alınmasına yönәldilib. Belә ki, 25,4 mln. manat vәsait Fondun istiqrazlarının geri alınması üçün istifadә edilib. Dövlәt büdcәsindәn subsidiya üçün ayrılmış vәsaitin öhdәlik kimi 3 il qәbul edilmәsi vә proqnozlaşmanın tam әsaslı olmaması ayrılmış vәsaitin bir hissәsinin Fondun hesabında qalmasına şәrait yaradıb.

media-fexrr

Qeyd edək ki, İpoteka vә Kredit Zәmanәt Fondunun idarə heyətinin sədri  Fəxri Kazımovdur.(xalq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam