Şamaxı icra başçısı qanunsuz əməllərdə ittiham olunur
Azәrbaycanın qәdim dövlәtçilik vә mәdәniyyәt mәrkәzi olan Şamaxı tariximizdә silinmәz izlәr qoyan dahi şәxsiyyәtlәr mәkanıdır
"Xeberinfo.com": Әsrlәrlә Şirvanşahlar dövlәtinin paytaxtı olan, Şәrqin әn abad vә inkişaf etmiş şәhәrlәri sırasında yer alan Şamaxı dәfәlәrlә dağıdıcı zәlzәlәlәrin qurbanı olsa da ayaqda durmağı bacarıb, yenidәn qurularaq öz әvvәlki şanşöhrәtinә sahiblәnib.
Lakin, bu gün tarixin ölmәz sәhifәlәrinә şahidlik etmiş bu qәdim diyar başqa bir “zәlzәlәnin” qurbanına çevrilib. "Gündəm şok xəbər" qəzeti yazır ki, Şamaxı korrupsiyanın vә rüşvәtxorluğun taladığı, torpaqları mәmurlar tәrәfindәn hәrraca çıxarılan bir rayon statusuna sahiblәnib. “Asiflәrdәn” bәxti gәtirmәyәn Şamaxını narazılıq dalğası bürüyüb. İcra başçısı Asif Ağayevin “neft qoxulu” siyasәti rayon iqtisadiyyatını bәrbad duruma salıb, insanlar sosial problemlәr girdabında boğulurlar.
Şamaxının “bir küçәlik abadlığı”
Son illәr dövlәt tәrәfindәn regionların sosial¬iqtisadi inkişafını tәmin etmәk üçün büdcәdәn milyonlarla vәsait ayrılıb. Bu sahәdә dinamik inkişafı tәmin etmәk üçün xüsusi dövlәt proqramları qәbul edilib. Ölkәnin mühüm kәnd tәsәrrüfatı mәrkәzlәrindәn olan, zәngin turizm imkanlarına malik Şamaxının müasir tәlәblәrә cavab verәn iqtisadiyyata, sosial inkişafına nail olması üçün dә iri mәblәğli ayırmalar olub. Lakin, Şamaxının “sürәtli inkişafı” bir neçә mәrkәzi küçәdәn ibarәtdir. Şәhәrin mәrkәzi küçәsi vә İcra Hakimiyyәtinin yerlәşdiyi әrazilәri çıxsaq Şamaxının digәr küçәlәri “müharibә şәraitini” xatırladır. Şәhәrin ara yollarında hәrәkәt mümkünsüzdür, yağış, qar yağanda isә hәrәkәt etmәk imkansız olur. Şamaxının bir neçә küçәsindәn başqa digәrlәri ucqar dağ kәndinin yollarını xatırladır. Sakinlәr bildirirlәr ki, sovetlәrdәn qalmış köhnә yollar daha abırlı idi, onu da söküb xarabazara çevirdilәr. İllәr keçsә dә, bu “abadlıq¬quruculuq” işlәri yekunlaşmaq bilmir. Görәsәn dövlәt tәrәfindәn ayrılan milyonlar bir yana, yerli sahibkarlardan yağmalanan “abadlıq pulları” hara sәrf olunub ki, Şamaxı zәlzәlәdәn sonrakı şәhәr tәәssüratı yaradır. 2013¬cü ildә Şamaxı rayon İcra Hakimiyyәtinin başçısı postunu Asif Mәmmәdovdan qәbul edәn Asif Ağayevin rәhbәrliyi dövründә rayonda hökm sürәn problemlәr daha da dәrinlәşib. A. Ağayev hakimiyyәtinin Şamaxıda törәtdiyi “zәlzәlә”nin vurduğu yaralar yәqin ki, hәlә illәrlә sağalmayacaq. Şamaxıda görülәn bütün işlәrdә әksәr hallarda onun vә qismәn dә Asif Ağayevin çәtiri altında olan şirkәtlәr “tender qaliblәri” olurlar. Mәhz bu “tarixi anlaşma”nın nәticәsidir ki, milyonlarla vәsait havaya sovrulsa da, Şamaxının abadlıq arzuları kağız üzәrindә qalmaqdadır. Bir neçә mәrkәzi küçәdә aparılan kosmetik işlәr isә yerli iş adamlarının vәsaiti hesabına baş tutub.
İşsizlik әsas problem olaraq qalır
Şamaxının әsas problemlәrindәn biri dә rayonda hökm sürәn işsizlikdir. Әhalinin böyük qismi Rusiyada işlәmәklә ailәlәrini dolandırırlar. Son vaxtlar isә qonşu ölkәdә başlanan iqtisadi böhran Şamaxı “iqtisadiyyatından” da yan keçmәyib. Artıq bir çoxları geriyә qayıtmağa mәcbur olublar. Vәziyyәt belә davam edәrsә, rayonda çoxsaylı işsizlәr ordusunun yaranacağı şübhәsizdir. Ancaq Şamaxıda iş tapmaq hәr kәsә nәsib olmur. Çünki, icra başçısının “qayğısı” nәticәsindә son illәr burada yeni iş yerlәrinin yaradılmasını heç kim xatırlamır. Әvәzindә bir çox iş yerlәri dә qapadılıb. İşsizlikdәn paytaxta üz tutan sakinlәr isә әlacsızlıqdan günәmuzd işlәmәklә ailәlәrini dolandırırlar. “Şamaxı inkişaf edir” deyәrәk alәmә car çәkәnlәr әslindә buradakı öz bizneslәrinin inkişafından dәn vururlar. Әslindә isә o inkişaf deyilәn zad hәr nәdirsә onun heç izi-tozu da Şamaxıda yoxdur. Şamaxını “özәllәşdirәnlәr” burada bütün gәlirli sahәlәri öz monopoliyasına almış, az-çox varlığını qoruyub saxlayan yerli iş adamlarını hәr vәchlә sıradan çıxarmağa başlayıblar. Yerli sahibkarlara qarşı elә metodlardan istifadә olunur ki, bir anlıq adama elә gәlir ki, hansısa kriminal әsәrin süjeti mәhz buradan götürülüb. Hüququ tapdalananlar isә hara müraciәt etsәlәr dә, bir nәticә hasil olmur. Ölkә başçısı dәfәlәrlә iş adamlarına qarşı tәzyiqlәrә son qoyulmasını tәlәb etsә dә, bunun sorağı hәlә dә Şamaxıya gәlib çatmayıb.
İcra başçısının “çәpәrlәmә siyasәti”
Asif Ağayevin rәhbәrliyi dövründә Şamaxı hәm dә “respublika әhәmiyyәtli” torpaq bazarına çevrilib. Sәfalı tәbiәti ilә ilin bütün fәsillәrindә göz oxşayan rayonun әlverişli bütün әrazilәri satışa çıxarılıb. Avaxıl әtrafında yerlәşәn meşәlәr, mәnzәrәli әrazilәr qarış¬ qarış imkanlı oliqarxlara, mәmurlara satılıb. Dolanışığı әsasәn kәnd tәsәrrüfatından çıxan rayon sakinlәrin isә artıq torpaqsız qalmaq tәhlükәsi ilә üz¬üzә qalıblar. Asif Ağayevin “çәpәrlәmә” siyasәti Avaxıl, Çuxuryurd vә digәr dağlıq kәndlәrdә yaşayanları mühasirә vәziyyәtinә salıb. Kәndlilәr artıq mal-qaralarını otarmağa belә yer tapmırlar. Buralarda satılması mümkün olan bütün әrazilәr satıldığı üçün növbә örüş sahәlәrinә çatıb. Artıq Asif Ağayevin “aqrar siyasәti” rayonda kәnd tәsәrrüfatının tәnәzzülünә sәbәb olub. Rayona ayrılan subsidiyaların xәrclәnmәsindә müşahidә olunan müәmmalı rәqәmlәrlә reallıq qәtiyyәn üst¬üstә düşmür. Bildirәk ki, Asif Ağayev Şamaxı İcra Hakimiyyәtinә başçı tәyin olunandan kәnd tәsәrrüfatı sektorunun dirçәldilmәsi mәqsәdilә rayona bir neçә dәfә maliyyә yardımı ayrılıb. Amma dövlәtin subsidiyalar üçün ayırdığı külli miqdarda vәsait şәxsi mәqsәdlәri üçün xәrclәnib. Mәlumatlara әsasәn, Şamaxı kәnd icra nümayәndәliklәrinin taxıl vә yonca әkilmәsi üçün aqrar şöbәyә verdiklәri arayışların bir hissәsi şişirdilәrәk sәnәdlәşdirilib. Nazirlәr Kabineti Kәnd Tәsәrrüfatı Nazirliyinin xәtti ilә rayon icra hakimiyyәtlәrinin nәzarәti altında ölkәdә taxıl әkәn vәtәndaşlara 1 hektar taxıl üçün 80,1 hektar yonca әkmәk üçün isә 40 manat vәsait verir. Başçı isә yerli icra nümayәndәliklәri ilә birgә bәlәdiyyә torpaqlarında taxıl vә yonca әkilmәsi ilә bağlı sәnәdlәşdirmә apararaq dövlәtin külli miqdarda vәsaitini mәnimsәyib. İcra başçısı bәlәdiyyә torpaqlarının adına yazdırdığı uydurma subsidiya yardımından başqa hәmçinin rayon "Aqroservis" MMC¬nin xәtti ilә bu torpaqlarda mәhsuldarlığın artırılması üçün dövlәt tәrәfindәn ayrılan yüz tonlarla gübrәlәri vә mineral dәrmanları qara bazarda satdırır. Bәzi media qurumlarında yazılıb ki, icra hakimi bu tip qanunsuz işlәrin sayәsindә dövlәt büdcәsinә 1 milyon manata yaxın ziyan vurub.
Şamaxıda “vergi yağmalaması”
Yuxarıda icra başçısı tәrәfindәn rayonda fәaliyyәt göstәrәn özәl sektor nümayәndәlәrinә qarşı aparılan siyasәtin acınacaqlı nәticәlәrindәn bәhs etmişdik. Müxtәlif adlarla hәr ay pul ödәmәyә mәcbur qalan sahibkarların fәaliyyәt göstәrmәsi addımbaşı çәtinlәşdirilir. Son aylar isә rayon iş adamları daha ağır vәziyyәtә salınıblar. Demәk olar ki, onlar müflis olmaq tәhlükәsi ilә üz-üzә qalıblar. Şamaxı Regional Vergi İdarәsinә yeni rәhbәr tәyin olunan Sәrxan Mәmmәdov sahibkarlara sözün әsl mәnasında divan tutur. Әn dәhşәtlisi isә odur ki, bütün baş verәnlәr dövlәt adına hәyata keçirilir. Şamaxıda fәaliyyәt göstәrәn iş adamları yeni vergi siyasәtinin girovlarına çevriliblәr. Müxtәlif fondlara, tәşkilatlara köçürmәlәr adı ilә sahibkarlardan müxtәlif mәblәğli vәsaitlәr tәlәb olunur. Dövriyyәsindәn asılı olaraq iş adamları 400 manatdan 20 min manata qәdәr “vergi” vermәyә mәcbur edilirlәr. Bu gün Şamaxıda Sәrxan Mәmmәdovun rәhbәrliyi ilә әsl “vergi kabusu” yaşanır. Bütün baş verәnlәr rayon rәhbәrliyinin gözü önündә cәrәyan etsә dә, heç bir tәdbir görülmür. Artıq Şamaxıda narazılıqlar son hәddә çatıb. Bir neçә kәndin-Göylәr, Avaxıl sakinlәrinin icra hakimiyyәti qarşısında aksiya keçirmәlәri ilә bağlı mәlumatlar verilir. Asif Ağayev artıq rayonda nәzarәti tamamilә itirib. Әhalinin problemlәrinә biganә münasibәt göstәrәn, özünün vә himayәdarlarının maraqlarını tәmin edәn icra başçısından şikayәtlәrin ardı-arası kәsilmir. Ona qarşı şamaxılıların әn müxtәlif formalarda etirazları barәsindә mediyada dәfәlәrlә mәlumat yayılıb. Rayon sakinlәri isә Asif Ağayevin fәaliyyәtinә (әslindә fәaliyyәtsizliyinә) nәhayәt ki, dövlәt tәrәfindәn sәrt münasibәt göstәrilәcәyi günü gözlәyirlәr... (editor.az)