İcra başçısı Abşeronu necə talan edir?
İsmayıllı vә Quba olayları yәqin ki, hәr kәsin yadındadır.
"Xeberinfo.com": Yәqin onu da unutmamış deyilsiniz ki, hәr iki halda yerli mәmurların özbaşınalığı dözülmәz hәddә çatmışdı. Nәticәdә bu, sadә әhalinin ciddi şәkildә etiraza qalxmasında sәbәb olduşdu. Hәr iki halda harınlamış mәmurlar vә onların yaxınları dövlәt başçısı tәrәfindәn cәzalandırıldı. Hәmin mәmurların hәrәkәtlәri sadә әhaliyә qarşı yönәlmәklә yanaşı, hәm dә dövlәtin yürütdüyü daxili siyasәtә zidd idi vә ölkәdәki sabitliyә zәrbә vururdu. Lakin çox tәәssüflәr olsun ki, bu olaylar bir çox icra başçılarına görk olmadı. Onlar baş verәn hadisәlәrdәn nәticә çıxarmadılar. Bir çoxları hәlә dә belә düşünür ki, onlar sadә әhaliyә ilә istәdiklәri kimi davrana bilәrlәr. Bәzi icra başçıları dövlәt başçısının qeyd etdiyi kimi, hamının qanun qarşısında bәrabәr olduğunu unudurlar vә hesab edirlәr ki, onlar toxunulmazdırlar. Belә mәmurlar, icra başçıları özlәrini "balaca padşahlar” kimi aparırlar.
Çox uzağa getmәk lazım deyil, elә Abşeron rayon İcra Hakimiyyәtinin başçısı Zakir Fәrәcovun fәaliyyәti, davranışları, bu rayonun problemlәri vә әhalisinә münasibәti dediklәrimizi әyani şәkildә tәsdiq edir. Editor.az "Gündəm-Xəbər" qəzetinə istinadən xəbər verir ki, bu gün Zakir Fәrәcov yalnız Abşeronun deyil, Bakının bütün kәnd vә qәsәbәlәrinin, sözün hәqiqi mәnasında, probleminә çevrilib. Hәm dә elә bir probleminә ki, bu, hәr an hakimiyyәt üçün dә ciddi başağrısı yarada bilәr.
Zakir Fәrәcovun bu gün Abşeronu vә Bakının kәnd vә qәsәbәlәrini sözün hәqiqi mәnasında fәlakәtә sürüklәyir. İcra başçısının vә onun әtrafının "fәaliyyәti” hәm Azәrbaycan dövlәtinә, hәm dә mövcud hakimiyyәtә böyük zәrbә vurur.
Bu şәxsin Abşerona rәhbәrlik etdiyi illәrdә paytaxt әtrafında uzun illәr әrzindә vә böyük zәhmәt hesabına әrsәyә gәtirilәn 100lәrlә hektar yaşllıq zolağı, qiymәtli bağlar, plantasiyaları mәhv etdiyi barәdә mәtbuatda çox yazılıb. Onun hәmin yaşıllıqlar vә bağları mәhv edәrәk, yerini müxtәlif mәqsәdlәr üçün ayrıayrı şәxslәrә satdığı da heç kimә sir deyil. Hansı ki, Zakir Fәrәcovun fәaliyyәti nәticәsindә bu gün 3 milyondan artıq insanın yaşadığı paytaxtda ciddi ekoloji problemlәr yaşanır. Baxmayarq ki, hәm mәrhum prezident Heydәr Әliyev, hәm dә indiki dövlәt başçısı İlham Әliyev dәfәlәrlә yaşıllıqların qorunmasının vacibliyini vurğulayıb, bu barәdә xәbәrdarlıqlar ediblәr, Zakir Fәrәcov bu xәbәrdarlıqlara mәhәl qoymayaraq sәrәncam vermәk hüququ olan әrazilәrdәki bütün bağları mәhv edәrәk, torpağını satıb.
Vaxtilә mәrhum prezident Heydәr Әliyevin birbaşa iştiraki ilә salınan bu bağlar Zakir Fәrәcov üçün böyük qazanc yerinә
çevrilib. Tәkcә Zirәdәki 170 hektar badamlığın mәhv edilәrәk әrazisinin satılmasından Fәrәcovun 67 milyon manat qazanc götürmәsi faktı buna şübhә yeri qoymur.
Rayona rәhbәrlik etdiyi illәrdә icra başçısı üzüm vә әncir bağlarını da mәhv edәk, yerinin satışa çıxarıb. Hansı ki, hazırda hәmin bağlardan әsәrәlamәt qalmayıb. Bu bölgәnin sakinlәrinin verdiyi mәlumata görә әrazini qiymәtli edәn isә torpağın altından mişar daşının çıxmasıdır. Belәliklә dә, qısa müddәtdә bütün üzümlüklәr mәhv edilәrәk yerindә daş karxanaları salınıb. Bu daş karxanalarının yeri isә müxtәlif şәxslәrә satılıb. Әvvәllәr hektarı 10 mindәn, sonradan 2030, hәtta son illәrdә 40 mindәn. Türkanın әrazisindәn neçә hektar daş karxanası üçün satılıdığını dәqiq bilәn olmasa da, bunun 1000 hektardan artıq olduğunu deyirlәr. Sadә hesablama aparsaq Zakir Fәrәcovun Türkanda tәkcә daş karxanaları üçün satılan әrazidәn 10 milyonlarla manat qazanc әldә etdiyini söylәyә bilәrik.
Qeyd edәk ki, qәsәbә әrazisindә 30a yaxın daş karxanası fәaliyyәt göstәrir. Bu karxanaların bir hissәsi yerli iş adamlarına, bir hisәsi isә kәnar şәxslәrә aiddir. Hansı ki, onların içәrisindә Fәrәcovun qohumlarının, yüksәk rütbәli şәxslәrin, prokurorların olduğu bildirilir. Bu şәxslәrin dә daş karxanalarını yerli sakinlәrin adına açaraq işlәtdiyi, әksәriyyәtinin rәsmi qeydiyyata düşmәdiyi vә belәliklә, dövlәtә ödәmәli olduğu vergilәrdәn dә yayındığı bildirilir.
Türkanda әn böyük daş karxanalarının elә icra başçısının yaxın qohumlarına, o cümlәdәn kürәkәnlәrinә mәxsus olduğu
bildirilir. Yerli sakinlәrin iddiasına görә, qaynatası Zakir Fәrәcova arxayın olan kürәkәn Ramin Mәcidov hәtta sahibkarların qanuni istifadәsindә olan daş karxanalarını belә zorakılıqla әlә keçirir. Bu zaman saxta sәnәdlәrdәn belә istifadә etmәkdәn çәkinmirlәr.
Rayonda mövcud olan ciddi problemlәrdәn biri dә icra hakimiyyәtindәn işi keçәn insanların getgәlә salınması, incidilmәsi, onlardan külli miqdarda rüşvәt tәlәb olunmasıdır. İcra Hakimiyyәtinәn işi keçәn heç bir kәsә bu iş rüşvәtsiz başa gәlmir. Әn dözülmәz vәziyyәt isә Abşeronun bir sıra qәsәbә vә kәndlәrindә әhalinin öz qanuni torpağında ev tikmәsi ilә bağlıdır. Şәxsi torpaq sahәsindә ev tikmәk istәyәn vәtәndaşlar deyir ki, bütün sәnәdlәri qaydasında olsa da, Abşeron rayon İcra Hakimiyyәtindәn onlara ev tikmәyә sәrәncam verilmir.
Belә ki, Abşeron rayon İcra Hakimiyyәtinin Tikinti vә Memarlıq Şöbәsi onlardan tәlәb edir ki, 60 manat mәblәğindә dövlәt rüsumundan әlavә Abşeron Rayon İcra Hakimiyyәti başçısı yanında İnkişaf vә Bәrpa Fonduna mәcburi şәkildә yüksәk mәblәğdә pul keçirsinlәr. Bu mәblәğ 515 min manat arasında dәyişir.
Sakinlәrә bildirilәr ki, yollar çәkilir, bağça tikilir, bir sözlә, rayonun sosial inkişafına pulla yardım etmәlidirlәr. Halbuki sadlanan bu mәsәlәlәr üçün dövlәt büdcәsindәn hәr il xeyli vәsait ayrılır. Ancaq icra hakimiyyәtindәn sakinlәrә deyirlәr ki, get pulu keçirt, sonra gәl, sәnә ev tikmәk üçün sәnәd verәk. Qeyd edәk ki, sakinlәrin әksәriyyәtinin ev tikmәk istәdiklәri torpağın sәnәdlәri tam qanunidir. Onların Daşınmaz Әmlakın Dövlәt Reyestrindәn çıxarış sәnәdi dә var.
İcra hakimiyyәti mәmurlar әhalini müxtәlif bәhanәlәrlә getgәlә salır. Bir çox sakinlәrә bildirilir ki, tikәcәklәri evin smeta xәrclәri haqqında sәnәd gәtirsinlәr. Hәtta vәziyyәt o hәddә çatıb ki, sakinlәrdәn evi hansı pul gәlirlәri hesabına tikdirәcәklәri haqqında da mәlumat tәlәb edirlәr.
Qeyd edәk ki, 2007ci ildә prezidentin sәrәncamı ilә icra hakimiyyәti başçıları yanında inkişaf vә bәrpa fondları yaradılıb. Ancaq bu fonda pul köçürmәk könüllü xarakter daşıyır. Fәrdi ev tikintisi ilә әlaqәdar sәrәncam almaq üçün İcra Hakimiyyәtinә müraciәt edәnlәrdәn hәmin fonda pul keçirmәlәrini tәlәb etmәk qanunsuzdur. Hәmin fond, sadәcә olaraq imkanlı adamlar, iri ticarәt obyektlәri, istehsalla mәşğul olan zavodlar, sexlәr üçün könüllü ödәmә xarakteri daşıyır. Tutaq ki, biri rayon әrazisindә sahibkarlıqla mәşğul olur, imkanlı adamdır, rayondakı abadlaşdırma işlәri üçün könüllü şәkildә hәmin fonda pul keçirә bilәr.
Ancaq deyirlәrsә torpağında ev tikirsәn, sәn mütlәq o fonda pul ödәmәlisәn – bu tamamilә qanunsuzdur. Lakin Abşeron rәhbәrliyi bu qanunsuzluğa getməkdәn dә çәkinmir. Eyni zamanda şәxsi torpağında ev tikmәk istәyәn vәtәndaşdan smeta xәrclәri haqqında mәlumat tәlәb etmәk dә absurddur. O ki qaldı İcra hakimiyyәtindә maliyyә gәlirlәri barәdә mәlumat tәlәb olunmasına, belә mәlumat yalnız dövlәt qulluğunda çalışanlardan tәlәb oluna bilәr. Bütün bunlardan әlavә, Abşeron rayon İcra Hakimiyyәtinin başçısı büdcәdәn rayonun socialiqtisadi inkişafı üçün ayrılan pulları mәnimsәmәklә dә ad çıxarıb.
Hәtta Hesablama Palatasının ayonda apardığı yoxlamalar zamanı da mәnimsәmә hallarının tәsdiqlәndiyi bildirilir. Hәtta Hesabalama Palatasının apardığı araşdırmalardan sonra Abşeron rayonunda büdcәdәn çıxarılan vәsaitlәrin hara xәrclәnmәsini aydınlaşdırmaq mümkün olmayıb. Bildirilir ki, ümumilikdә dövlәt büdcәsinә vurulan ziyanlar milyonlarla manat hәcmindә dәyәrlәndirilir. Bununla yanaşı hәm dә aydın olub ki, Abşeron rayon icra hakimiyyәti başçısı Zakir Fәrәcovun Almaniyada geniş biznesi var vә bu biznesi yuxarı dairәlәrdәn gizlәdә bilib.
Qeyd edәk ki, әslәn Laçın rayonundan olan Zakir Fәrәcov icra başçısı tәyin olunana qәdәr 5 il Sumqayıt şәhәr bәlәdiyyәsinin sәdri işlәyib. Bәzilәri onun torpaqları, yaşıllıqları, bağları hansı yollarla, necә satmaq tәcrübәsini dә burda qazandığını iddia edir.
Zakir Fәrәcovun Abşeronda tikilәn şәxsi ev vә villalara görә yüksәk miqdarda rüşvәt aldğını tәsdiqlәyәn faktlardan biri dә bir vaxtlar "Gen” MMC olayı zamanı bu MMCnin rәhbәri Elbrus Әliyevin mәhkәmәdә dediklәridir. O, bәyan
etmişdi ki, Sulutәpәdә tikdirdiyi binaya görә Zakir Fәrәcova 70 min manat rüşvәt verib.
Bir neçә il әvvәl isә ona qarşı olduqca ciddi olan daha bir ittiham irәli sürüldü. Belә ki, mәtbuatda yayılan xәbәrlәrә görә, o, öz fәaliyyәti nәticәsindә büdcәyә 90 milyon manatborclu qalıb. "Borclu qalıb” şәrti ifadәdir. Yәni büdcәdәn yoxa çıxan daha bir 90 milyonun söhbәti Zakir Fәrәcovun üzәrindә qalıb demәkdir. Lakin tәәssüf ki, sonradan bu mәsәlәnin üstünә güdilmәdi vә bu qәdәr dövlәt vәasitinin taleyinә aydınlıq getirilmәdi. Ötәn il isә icra başçısı Zәngilan rayonundan qaçqın düşәn, Abşeron rayonu әrazisindә mәskunlaşan ailәnin (Hüseynov Qәdimalı İman oğlunun ailәsi) qanunla onlara verilmiş pay torpağını әllәrindәn alması ilә gündәmә gәldi. Hansısa balaca sahibkar icra başçısına 20 min manat rüşvәt verib onların torpağını әlindәn almışdı.
//"Gündəm-Xəbər" qəzeti