Bayramov: Azərbaycan və Sloveniya arasında ticari münasibətlərində müsbət dinamika müşahidə olunur
Azərbaycan və Sloveniya ticari-iqtisadi münasibətlərin genişləndirilməsi üçün potensiala malikdir.
Yenixeber.org-un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sloveniyalı həmkarı Tanya Fayon ilə birgə mətbuat konfransında bildirib.
"Müsbət dinamika müşahidə olunur, lakin Azərbaycan və Sloveniya arasında ticarət-iqtisadi münasibətlərin potensialı hələ tam açılmayıb", - C.Bayramov qeyd edib.