Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“CEYHUN BAYRAMOV HÜCUM XARAKTERLİ DİPLOMATİYANI NÜMAYİŞ ETDİRİB” –Yeni XİN rəhbərinin Moskva səfəri barədə "Kommersant"ın qeydləri

Sergey Strokan

“Kommersant”, 27.08.2020

 

Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramov Çərşənbə günü Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb. Həqiqi müharibə təhlükəsi yaradan Ermənistanla Azərbaycan arasındakı qarşıdurmanın kəskinləşməsi kontekstində səfərin əsas mövzusu sərhəddə gərginliyin azaldılması yolları və ATƏT-in Minsk Qrupunun himayəsi altında Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların bərpası idi. Mətbuat konfransı zamanı cənab Bayramov ən sərt ritorikadan istifadə edərək, Ermənistanı ölkəsinin 20% ərazisini işğal etməkdə günahlandırıb. Öz növbəsində, Moskva tərəfsizlik nümayiş etdirməyə davam edir: danışıqlardan əvvəl Sergey Lavrov erməni vəzifədaşı Zohrab Mnatsakanyanla telefonla danışıb.

Yenixeber.org: Azərbaycan Xarici İşlər Nazirliyinin yeni rəhbərinin, vəzifəsinə bir ay yarım əvvəl təyin olunmuş 47 yaşlı Ceyhun Bayramovun Rusiya paytaxtına ilk səfəri həm Ermənistan-Azərbaycan münaqişəsi zonasında, həm də Azərbaycanın özündə baş verən son dramatik hadisələrlə əlaqədar xüsusi əhəmiyyət qazanıb.

Ermənistan-Azərbaycan münaqişəsinin 2016-cı ildən bəri 12 iyulda baş verən ən ciddi döyüşlər fonunda Azərbaycan Prezidenti İlham Əliyev diplomatik qurumunu yetərincə səmərəlilik göstərməmə, passivlik və ölkənin milli maraqlarını müdafiə edə bilməməkdə günahlandıraraq, Azərbaycan diplomatiyasının veteranını, Xarici İşlər Nazirliyinə 16 il rəhbərlik edən Elmar Məmmədyarovu işdən azad edib.

Onun vəzifəsindən kənarlaşdırılmasından əvvəl Dövlət Təhlükəsizlik Xidməti xüsusi əməliyyatı keçirib və XİN-in bir neçə yüksək vəzifəli məmuru korrupsiya ittihamı ilə həbs olunublar.

Bu baxımdan, Təhsil Nazirliyinə rəhbərlik etmiş və yeni vəzifəyə təyin olunmazdan əvvəl diplomatik iş təcrübəsi olmayan Ceyhun Bayramov çətin bir vəzifə ilə qarşılaşıb: ən qısa müddətdə XİN-i səriştəli səviyyəyə gətirməklə kifayətlənməmək, həm də hücum xarakterini nümayiş etdirmək və İrəvanla danışıqlarda çıxılmaz vəziyyətini ortaya qoymaq.

Beləliklə, proqram, Rusiya xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavini Aleksey Overçuk və Federasiya Şurasının vitse-spikeri İlyas Umaxanovla görüşlər və danışıqlarla bərabər, Ceyhun Bayramovun Rusiya paytaxtındakı diplomat nümayişi Azərbaycanın xarici siyasətinin yeni simasını göstərmək üçün hazırlanmışdı.

Bunu nəzərə alaraq, danışıqlar ərəfəsində Ceyhun Bayramov TASS-a geniş müsahibə verib, o, yalnız Moskvaya olan sevgisindən danışmayıb, həm də Rusiya ilə strateji tərəfdaşlığa əlavə dinamizm vermək və Ermənistanla münaqişəyə yeni həll yolları axtarmaq üçün Rusiya paytaxtına gəldiyini açıq şəkildə bildirib.

Ev sahibi olan Sergey Lavrovun salamlama nitqini dinlədikdən sonra, danışıqların başlanğıcından bir qədər əvvəl, azca həyəcanlanaraq Ceyhun Bayramov nə sərhəddəki son gərginlikdən, nə də Qarabağ problemindən bəhs edərək, müsbət tonda sözə başlayıb. “Hazırda ölkələrimiz arasında 200-dən çox müqavilə qüvvədədir. Çox uğurla icra olunurlar. Ölkələrimiz arasında münasibətlər çox dinamik şəkildə inkişaf edir. Hazırda təxminən 50 əlavə müqavilə hazırlanma mərhələsindədir. Bunlar çox geniş sahəni əhatə edir: siyasi, iqtisadi və humanitar əlaqələr, –deyə nazir Bakı ilə Moskva arasında münasibətlərin yüksəlməsinin nümunələrini sadalayıb. – Ölkələrimiz arasında bütün mövzularda maraqlı, faydalı müzakirələr gözləyirəm”.

Prezident Əliyevin Bakının diplomatiyasını daha hücum xarakterli etmə barədə qarşıya qoyduğu vəzifəni başa düşdüyünü cənab Bayramov artıq Sergey Lavrovla son mətbuat konfransında nümayiş etdirib. Azərbaycan naziri yekun nitqində tələsmədən, sakit tərzdə Dağlıq Qarabağdakı münaqişənin səbəbləri barədə danışarkən, bir neçə güclü bəyanat verib, həmçinin 12 iyul gərginliyi zamanı Ermənistan-Azərbaycan sərhədində baş verənlər barədə öz versiyasını açıqlayıb.

Ceyhun Bayramovun nitqinin intonasiyası və tərzi sələfi Elmar Məmmədyarovun daha “diplomatik” və düzəlişli formulaları ilə müqayisədə nisbətən sərt və emosional ahəngli idi.

Diplomatik nəzakəti bir kənara ataraq, Azərbaycanın yeni xarici işlər naziri Ermənistanın yalnız ölkə ərazisinin 20%-ini işğal etmədiyini, həm də bu əraziləri qonşu bölgələrdən olan etnik ermənilərlə fəal şəkildə doldurduğunu açıqlayıb; onun fikrincə, bu, “sülh prosesinə xələl gətirib”. Bundan əlavə, Ceyhun Bayramov birbaşa Ermənistanın hazırkı rəhbərliyini “ölkə daxilində artan problemlərdən diqqəti yayındırmaq üçün planlaşdırılmış təxribatlarla” Azərbaycanla sərhəddə gərginliyi qoruyub saxlamağa çalışmaqda günahlandırıb.

Ceyhun Bayramov bildirib: “Son belə təxribat avqustun 23-də baş verib. Erməni kəşfiyyat qrupunun hücumu dəf edilib, komandiri əsir götürülüb”.

Ermənistan Müdafiə Nazirliyi söhbətin təxribatan getmədiyini iddia edir və komandir Qurgen Alaverdyan da “əlverişsiz hava şəraiti ucbatından yolunu azıb”.

Mətbuat konfransında yalnız rus və azərbaycanlı jurnalistlərin iştirak etdiyini və Ermənistan KİV-lərindən bir nəfərin də olmadığını nəzərə alaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin yeni rəhbəri erməni tərəfinin, adətən, Bakının irəli sürdüyü əks-ittihamlara cavab vermək zərurətindən yayınıb.

Rusiyanın “Moskva-Bakı” informasiya portalının Qarabağ münaqişəsinin nizamlanması perspektivləri ilə bağlı sualını cavablandıran Ceyhun Bayramov rəhbərlik etdiyi qurumun “prosesin təqlidə deyil, real danışıqlara ehtiyacı olduğunu” söyləyib. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 1990-cı illərdə qəbul edilmiş 4 qətnaməsinin, xüsusən də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və qaçqın probleminin həllini təmin edən qərarlarının icrasını əsas vəzifə adlandırıb.

Sergey Lavrov deyib: “Təhlükəsizlik Şurasının qətnamələrini rəhbər tutaraq danışmalı olduğumuzla razıyam”. Onun fikrincə, “danışıqlar naminə danışıqlara” heç kimin ehtiyacı yoxdur.

Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli ilə məşğul olan həmsədr ölkəsi kimi Rusiya danışıqlar prosesinin tezliklə bərpa olunması üçün şərait yaratmağa kömək edəcək. “Daha gərgin danışıqların, əlbəttə ki, ziyanı olmaz. Həmsədrlər, ən azı gələn ay bölgəyə, Bakıya və İrəvana səfər etməyi planlaşdırırlar. Həm də hansısa mərhələdə həmsədrlərin köməyi ilə xarici işlər nazirləri arasında təmasların təşkili planlaşdırılıb”.

Ancaq rusiyalı nazirin sözlərinə görə, danışıqlara başlamazdan əvvəl Ermənistan və Azərbaycan sərhədindəki vəziyyət normallaşdırılmalıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi yeni rəhbərinin Moskvaya səfəri Ermənistanla sərhəddəki vəziyyəti, regional təhlükəsizlik və hərbi-texniki əməkdaşlıq məsələlərini azərbaycanlı vəzifədaşı Zakir Həsənovla müzakirə edən Rusiya müdafiə naziri Sergey Şoyqunun Çərşənbə axşamı günü Bakıya səfəri ilə üst-üstə düşməsi diqqət çəkir.

Moskvada olan Ceyhun Bayramov kimi, Zakir Həsənov da rusiyalı vəzifədaşını sərhəddə gərginlik yaradan tərəfin Ermənistan olduğuna və eyni zamanda, “Azərbaycanla MDB ölkələri arasındakı münasibətləri pozmağa” yönəlmiş hərəkətlər etməkdə hər cür inandırmağa çalışıb.

Öz növbəsində, Bakının İrəvana qarşı yeni ittihamlarını eşidən Sergey Şoyqu, gözlənildiyi kimi, heç olmasa açıq bəyanatlarında münaqişə tərəflərindən bitərəf qalıb. O, iki ölkənin hərbi-texniki əməkdaşlığının inkişafına əsas vurğu edib və Moskvanın “Rusiya Zaqafqaziyada gərginliyin artmasında maraqlı deyil” mövqeyini təkrarlayıb.

Bərabər yanaşmanı Ceyhun Bayramovla danışıqlara başlamazdan əvvəl Sergey Lavrovun erməni vəzifədaşı Zohrab Mnatsakanyanla telefonda danışması da sübut edib. Ermənistan Xarici İşlər Nazirliyində qeyd edildiyi kimi, nazirlər “Ermənistan-Rusiya müttəfiq münasibətlərinin gündəliyi barədə fikir mübadiləsi aparıb” və “iyul döyüşlərindən sonrakı regional hadisələri və bu kontekstdə Dağlıq Qarabağ sülh prosesi ətrafında vəziyyəti müzakirə ediblər”.

Sergey Lavrova sülh prosesinin niyə nəzərə çarpacaq şəkildə dayandırıldığının tamamilə fərqli bir versiyası izah edildiyi aydındır.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam