Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Türkiyə lideri:Suriyanın yenidən qeyri-sabitliyə yönəlməsinə imkan verməyəcəyik

 

Türkiyə ABŞ və Rusiya daxil olmaqla Suriya məsələsi ilə bağlı bütün aktorlarla sıx təmas içərisindədir.

Yenixeber.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumunun rəsmi açılışında danışıb.

“Suriyadakı gərginlikdən, münaqişədən ən çox təsirlənən dövlət olmuşuq. Suriyanın yenidən qeyri-sabitliyə yönəlməsinə imkan verməyəcəyik. Suriyanın ərazi bütövlüyünü özümüzünkündən ayrı görmürük. Suriya xalqı zülm və müharibədən bezib. Onlara belə bir şeyi təkrar yaşatmaq istəyənlər mövqeyimizi nəzərə almalıdır”, - o əlavə edib.

R.T.Ərdoğan bildirib ki, Türkiyənin təmkinli davranışları başqalarına fürsət kimi görünməməlidir:

“Türkiyə bütün bölgə xalqları üçün sülh, rifah, təhlükəsizlik, sabitlik istəyir. Bölgədə Türkiyə ABŞ və Rusiya da daxil olmaqla, Suriya məsələsi ilə bağlı bütün aktorlarla sıx təmas içərisindədir”.

O, Qəzza məsələsindən də söz açaraq bildirib ki, Türkiyə Fələstinə 101 min tondan çox humanitar yardım göstərib və bunu davam etdirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam