Trampın xüsusi nümayəndəsi Moskvadadır
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiyaya səfər edib.
Yenixeber.org xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Bəli, təsdiq edirəm, o, həqiqətən də Rusiyaya gəlib", - Kreml sözçüsü deyib.
Peskov deyib ki, Putinin iş qrafikində Vitkoff ilə görüş olacağı təqdirdə məlumat açıqlanacaq.