Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib -YENİLƏNİB

 

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib . Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün beşinci iclası keçirilib.

Yenixeber.org: Bu barədə Komissiyanın üzvü Rəşad Məcid məlumat yayıb.

O bildirib ki, iclası komissiyanın sədri Samir Nuriyev açıb:

"Daha sonra komissiyanın katibi Kəmalə İsmayılova daxil olan müraciətlər barədə məlumat verdi.  Keçirilən iclasda təxminən 100-ə yaxın müraciətə baxılıb. Müraciətlər əsasən yol-nəqliyyat hadisələrində məhkum olunmuşların, əcnəbi məhkumların və qadınların olub. Onların müraciətləri müzakirə edilərək qərar çıxarılıb. Əfv Komissiyası iclaslarını davam etdirəcək. Daha sonra komissiya sənədləri ölkə başçısına təqdim edəcək. Əfv məsələləri cənab prezidentin mütəsna səlahiyyətidir. Humanizm və mərhəmət aktıdır. Çox güman ki, may ayından Azərbaycan Prezidentinin növbəti əfv sərəncamını imzalamasının şahidi olacağıq".

Qeyd edək ki, bununla da baxılan müraciətlərin sayı 600-ü keçib.

***

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Bu il komissiyanın dörd iclası baş tutub və 500-ə yaxın müraciətə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam