Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

"Dədə Qorqud" şadlıq evinin fəaliyyəti dayandırıldı -FOTALAR/SƏBƏB

Sumqayıtda "Dədə Qorqud" şadlıq evinin fəaliyyəti dayandırılıb
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli şadlıq evinin fəaliyyətini dayandırıb.

Yenixeber.org: Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsinin Koroğlu prospekti ilə kəsişməsində yerləşən “Dədə Qorqud” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektin mətbəxində qaz xətti rezin boru ilə birləşdirilib və tavan hissələri yanar material olan lambirlə üzlənilib;

- obyekt yanğınların söndürülməsi üçün su ilə təmin olunmayıb;

- qazanxanaya əlavə əşyalar və yanar materiallar yığılıb;

- obyektin tavan örtüyünün üzlənməsində istifadə olunan dekorativ vasitələrin yanma qrupunun müəyyən edilməsi ilə bağlı müvafiq sənədlər təqdim edilməyib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

- təxliyə planı mövcud deyil;

- obyektdə layihədənkənar yenidənqurma işləri aparılıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sumqayıt şəhəri, Sülh küçəsinin Koroğlu prospekti ilə kəsişməsində yerləşən “Dədə Qorqud” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

FotoVideo

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam