Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

DƏDƏ QORQUDLU DÜNYAMIZ...

  

DƏDƏ QORQUDLU DÜNYAMIZ...

Yenixeber.org: Ulusal dəyərlərimiz bizi var edən əsas yöndür. Ulusal dəyər – ölməyən, heç zaman adiləşməyən dəyərdir. Dəyəri var edən, artıran, yüksəldən isə Ulusu təmsil edən yetkin insanlardır.

Ulusal dəyər – Ulusun mənəvi-əxlaqi, idraki, bədii səviyyəsinin ifadəsi olub, yaşamının (həyatının) bütün sahələri haqqında sistemli fikirlərin məcmuyu, mahiyyətidir.

Ulusal dəyər ulusallığı tam ifadə etdiyi üçün bəşəri dəyərdir. Çünki bəşəri dəyərlər bu kimi dəyərlərin özülündə təsdiqini tapır.

Bəşəri dəyərlər dedikdə ulusallığın yetkin soraqlarının ifadəsi nəzərdə  tutulur.

Ulusal olan mənəvidir (ruhsaldır): Ruhsallığın qaynağı, kökü - Ulusal  dəyərlərdir.

“Kitabi-Dədə Qorqud” qədim ulusal yaşamımızın dastan bədiyyatı ölçüsündə bənzərsiz ifadəsidir.

Dədə Qorqud – ağsaqqallıqla təndir, əslində ağsaqqallığın ölçüsünü yaradandır. Dastan onun adına bağlanır, ona görə ki, dastanda təsvir olunan dünyanın mənəvi yiyəsi Dədə Qorquddur.

Dədə Qorqud Ağsaqqallıq adlı ulusal dəyərin  ardıcıl daşıyıcısıdır. Bugünkü yaşamımızda, varlığımızda  dastan düşüncəsində  daşlaşmış, ömürləşmiş bu ölçü sabah yönlüdür. Dədə Qorqud  ağsaqqallığı bizi mahiyyətcə hər cür özgəliklərdən qoruyur, Torpaq-Yurd-Vətən kutsallığını ardıcıl bütün maraqlardan uca tutmağa çağırır, kökləyir.

Dədə Qorqud halallıq örnəyidir, harama əsaslanmaq, fürsətcillik onun dünyasında qadağandır. Ailə kutsallığının qoruyucusudur. Ona inanırlar. Onun alqışı adi alqış deyil, qarğışı adi qarğış olmadığı kimi...

Dədə Qorqudun dünyası onun ruhundan yaranır. Bu ruh bütün tərəfləri ilə Azərbaycan-Türk soraqlıdır: qeybdən xəbər verməsi yüksək duyum yiyəsi olduğundan xəbər verir.

***

Yaradılış, əslində yaranış olayı Dədə Qorqud dünyasının, ruhunun bənzərsizliyini, özünəməxsusluğunu sübut edir. Əcdadlarımızın təsəvvüründə, təxəyyülündə insanın yaranması, var olması, ölüb-dirilməsi zəngin mifoloji çalarlarla mənalandırılır, bununla da ulusal duyumun məhək daşına çevrilir.

Dədə Qorqud mahiyyətcə gedişatın yaradıcısıdır. Onun hər şeydən xəbərdarlığı, hətta hadisələrin gedişini əvvəlcədən görməsi ulu ozanın şəxsində xalqın mifoloji  duyumunun gücündən xəbər verir. Dədə Qorqud hər şeydən öncə Adverəndir: bu, dastan düşüncəsində gerçəkləşən, oğuz türkünün yaradılış funksiyasının özülünü təşkil edən mühüm amildir. Burada advermə (adlanma) mifoloji düşüncədə yaradılışın başlanğıcı olmaqla yanaşı, həm də ardıcıllığının əsası, yaşamda (həyatda) nə varsa, varoluşunun nədəni (səbəbi), inkişafı, yetkin təsdiqidir.

Sözü keçərlidir. Dədə sözünə xilaf çıxmaq bağışlanmır: Onun sözü qanundur. Dədəlik statusunu özündə daşıyan Qorqudla zarafat etmək qətiyyən olmaz. Burada Adalanın Adverənin qoyduğu ada  yetməsi, onu doğrultması başlıca şərtdir.

Adalma – Yaranış -Yaradılış prosesi fərdin şəxsində Ulusun varoluşunun epos səviyyəsində təsdiqi, canlı yaşamıdır.

İnam Ata ( Asif Ata) “Dədə Qorqud”u “Qoçaq günlər həsrəti” sayır.

Dədə Qorqudun advermə statusu geniş imkanlarla səciyyələnir: Dədə sözünün ilkinliyi, tərəddüdsüz qəbuledilənliyi, hökmlülüyü, Oğuz elinin ruhunu tam mənasıyla ifadə və təsdiqi, ağsaqqallıq rəmzi olması bu qəbildəndir.

Dədə Qorqud ruhundan yaratdığı dünyasını cidd-cəhdlə qoruyur: onun öncəgörənliyi (loğmanlığı), qeybdən xəbər verməsi, eləcə  də ad qoyması, elçilik etməsi, qopuz çalması, boy boylaması, söz söyləməsi – hamısı yaradıcı (ilahi yaradılış xislətli) missiyasından irəli gəlir.

Buğanı yıxdığına görə Buğac adını alan igidin bundan sonrakı yaşamı – Dədənin öygüsü (inamı) əsasında olur. Ad alan -  adı doğrultmalıdır. Doğuluş – var olmaqdır, Oğuz insanının şəxsinin təsdiqidir.  

Dastanda adalma  - doğuluş (yaradılış) mahiyyətlidir.

Buğacın ölüb-dirilməsi ömrün, taleyin yenilənməsi, şərdən arınması kimi də anlaşıla bilər. Dədə Qorqud dünyasında fərdin günahdan, pislikdən arınması, qəhrəmanın şəxsində onun ilahilik, bənzərsizlik statusunu bərpa etməsi və ya yaratması bütövlükdə Oğuzun dünyasının bərpası demək olur.

“Kitabi-Dədə Qorqud”dakı yaradılış aktı ümumiyyətlə, Oğuzun həyatının hər bir sahəsində gerçəkləşən ilişgilərin (münasibətlərin), davranışların ilahilik ölçüsündə təsdiqidir. İnsani münasibətlərin əsilliyi – insanların bir-birinə tərəddüdsüz inamıyla, bir-birinin yolunda ölümə getmək fədakarlığıyla, ailə kutsallığının qorunması inadıyla, sevginin yaradılış səviyyəsində dərkiylə şərtlənir. Oğuzun  - Dədə Qorqudun dünyasında hər şey yaradılışa (doğuluşa) – yəni yenidən doğulmaya, pisliklərdən arınmaya, insanlığa xidmət və onu təsdiq edir.

Pis duyğulara, insansızlığa bu dünyada yer yoxdur. Bu ilişgilərin  pozulması ölüm-yoxolma prosesini şərtləndirir, qaçılmaz edir. Dədə Qorqud düzənin pozulmasından narahat olur, var gücüylə onu qorumağa çalışır.

 “Kitabi-Dədə Qorqud”dakı ilahi mənalandırma (obrazların doğuluşu-yaradılışı, təsvir bənzərsizliyi, Oğuz insanının məişətinin, yaşamının ifadəsi olması, düşmənə (şərə) nifrət, xeyirə təşnəlik və s.) mahiyyətcə yaradılış mifologeminin canlı, yaşarı təsdiqidir. Burada Oğuz-Türk insanının onu əhatə edən yaşamında hər şeyə Dədə Qorqudun yaratdığı yanaşmalar  (münasibətlər) ölçüsündən baxması dünyasını ardıcıl yaradılışlı edir. Oğuz insanının türk xislətindən gələn biryolluq (arxadan vurmamaq – üz-üzə vuruşmaq, insana, əsilliyə inamda qırılmamaq, xəyanəti bağışlamamaq - bağışlaya bilməmək, ailə kutsallığını uca saymaq, qədim türk adəti olan halallıq) xarakteri onun sifətidir.

Oğuz bəylərinin dilək, istək birliyi, sevənlərin xarakter eyniliyi-birliyi, əsilliyə sədaqət, soyun (nəslin) başçısına sayğı, sevgi əsasında qurulan ailəçilik Beyrəklə Banıçiçəyin yaradılış aktının özülündə durur. Burada Beyrəklə Banıçiçəyin beşikkərtməsinə bəylərin tanıq (şahid) olması gözəl, uca məqam kimi diqqəti çəkir. Ona görə ki, Oğuz bəyləri Oğuz dünyasının qorunması üçün məsuliyyət daşıyırlar.

Basatın doğuluşu-yaranışı əcdad funksiyası ilə bağlıdır. Təpəgözün şəri, antinsanlığı təmsil etdiyi ortadadır. Təpəgözün doğuluşu Oğuzun varlığı üçün təhlükəyə çevrildiyində Basatın meydana çıxaraq onu yenməsi – Xeyrin Şər üzərində qələbəsi anlamına gəlir. Bu prosesdə bəlli obrazların ölümdən qurtulması, ölüb-dirilməsi  – insani münasibətlərin qurulması, düzənin bərpası, şərin xeyir üzərində qələbəsi kimi anlaşıla bilər...

 Oxuculara Atanın “Dədə Qorqudluğumuz-Ağsaqqallığımız” içsəsini sunuram.

***

İNAM ATA (ASİF ATA)

DƏDƏ QORQUDLUĞUMUZ –

AĞSAQQALLIĞIMIZ

1.BİRLİK

Dədə Qorqud Dünyası vardı: Dünya Dədə Qorqudluydu.

Dədə Qorqud öz Dünyasında Loğman idi – Qeybdən xəbər verirdi: Ad qoyurdu, Elçilik eləyirdi, Qopuz çalırdı, Boy boylayırdı,

Söz söyləyirdi.

Dədə Qorqudlu Dünyada Loğman var idi. Qeybdən xəbər verən var idi; Ad qoyan var idi, Elçilik eləyən var idi; Qopuz çalan, Boy boylayan, Söz söyləyən var idi.

Ağsaqqallıqla Dünya Bir olmuşdu, bu səbəbdən də Dünya sanballıydı.

…Birlik Dağıldı, Dünya Ağsaqqalsız qaldı, Ağsaqqal Dünyasız.

  1. DƏDƏ QORQUD DÜNYASI –

QORQUDLU DÜNYA

Dədə Qorqud Dünyasında Salur Qazan, Qaraca Çoban kimi Kişilər var idi; Burlaxatın, Banıçiçək, Selcan kimi Qadınlar, Buğaclar, Uruzlar, Beyrəklər, İmranlar kimi Oğullar var idi.

Dədə Qorqud Dünyasında Salur Qazan, Qaraca Çoban kimi Kişilərin, Burlaxatın, Banıçiçək, Selcan kimi Qadınların, Buğac, Uruz, Beyrək, İmran kimi Oğulların – Qorqud kimi Ağsaqqalı vardı.

Dədə Qorqud Dünyası – Qorqudlu Dünya Məliklər həqarətinə

– Qeyrətsizliyinə, Zalımlığına qarşıydı, Namusa Qıyanlara qarşıydı, Salur Qazanlıydı, Qaraca Çobanlıydı Dədə Qorqud, Burlaxatınlı, Banıçiçəkliydi, Buğaclıydı, Beyrəkliydi Dədə Qorqud.

Dədə Qorqudluydu – Salur Qazanlar, Qaraca Çobanlar, Burlaxatınlar, Banıçiçəklər, Buğaclar, Beyrəklər…

Dədə Qorqud Dünyası yaratmışdı Qazanları, Çobanları…

Qazanlar, Çobanlar Dünyası yaratmışdı Dədə Qorqudu.

  1. DƏDƏ QORQUD DÜNYASIZLIĞI –QORQUDSUZ DÜNYA

Dədə Qorqud Dünyası, Qorqudlu Dünya Uçdu: Ədavətdən, Küdurətdən – Aruzların Qazanlara Xəyanətindən.

Dirsələrin Yağı hiyləsinə uymalarından – İçəridən, daxildən uçdu birlik.

Qorqud Dünyasız qaldı, Dünya Qorqudsuz.

Bəy ərənlər, xatınlar getdilər – Dədə Qorqud Yalqız qaldı.

Dədə Qorqud getdi – Dünya Yetim qaldı.

  1. VARİSLİK

Koroğlu Dünyası vardı – Dünya Koroğlusu Vardı.

Koroğlunun Dəlilər Dünyası vardı.

Dəlilərin Koroğlu Atası vardı.

Çənlibel Birlik Məkanıydı.

Koroğlu həm də Qoroğluydu – Od ruhundan Yaranmışdı.

Dəlilər Koroğlunun Oduna qalanmışdılar.

Koroğlunun Dəlilər adlı Dünyası vardı; Koroğlu Dəlilərin

Dünyasıydı.

Həmzələşən Dünya Koroğluya qıydı. Koroğlu Dünyasız qaldı,

Dünya Koroğlusuz.

  1. HƏSRƏT

Loğmanlığını Alimlər daşıdılar. Qopuzunu Aşıqlar çaldılar:

Qeybinə xurafat Yiyələndi, Boyunu boyaçılar boyladılar, Sözünü

dilbazlar söylədilər.

Bütöv Dağ parçalandı.

Ağsaqqallıq əvəz olundu, Ağsaqqallığın əvəzi olmadı.

Ağsaqqallıq əvəzsizliyi Təsdiq olundu.

Ağsaqqallıq həsrəti yarandı…

  1. FƏLAKƏT

Yalançı Atalar yarandı: – Hökmdarlar, Xurafatçılar,

Hakimlər, Sədrlər, Rəislər.

Yalançı Atalardan dəhşətli Atasızlıq yarandı.

Yalançı Atalar Dünyasında hamı Dünyasız qaldı.

Yalançı Atalıq Fəlakəti, Dəhşəti, Zilləti Yarandı.

  1. QƏBAHƏT

Dədələr – gədələşdilər, bu səbəbdən də Balalar Dədəsizləşdilər – Dədəsizlər sürətlə özgələşdilər: Yadlıq Doğmalıq sayıldı, Doğmalıq Yadlıq – Ağsaqqal həqarəti aləmi bürüdü.

Yağılara qaldı Dünya!

  1. ATASIZLIQ EHKAMI

Dədəsizlik Fəlsəfiləşdi.

Millətlərin bir-birinə qovuşmasından danışdılar, Vahid

Bəşəriyyətdən danışdılar, Vahid Dildən, Mədəniyyətdən danışdılar.

Ümumiçilik çağırdılar.

Atasızlığa qovuşdururdular İnsanları, Atasızlıq Ehkamlaşırdı.

Atasızlar Dünyası yaradırdılar.

  1. ZƏRURİYYƏT 

Atalıq Dünyaya qayıtmalıdır.

Dünya Atalığa çatmalıdır.

Ağsaqqallıq Ağalığı əvəz etməlidir.

Adam – İnsanlaşmalıdır!

13 Od Ayı, 14-cü il (iyul, 1992).

  İŞIQLI ATALI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam