Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Saleh Məmmədov işdən çıxarılır? —Yerinə müavini təyin edilə bilər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun vəzifəsindən azad ediləcəyi gözlənilir.
Yenixeber.org: 67 yaşlı sədrin yaxın vaxtlarda təqaüdə göndəriləcəyi deyilir. 
Artıq Saleh Məmmədovun rəhbərlik etdiyi qurumda təhfil-təslim işlərinə başlanıldığı, qurumun aparatında və tabeli müəsissələrində yoxlamalar keçirildiyi bildirilir. 
Fevral ayında Agentliyin İdarə Heyətinin üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH sədrinin müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.
Fevralda həmçinin 1981-ci ildə Bakı şəhərində anadan olmuş Əli Sabir oğlu Hacıyev AAYDA İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub. O, 2019-2024-cü illərdə İqtisadiyyat Nazirliyində Dövlət investisiyaları şöbəsinin müdiri, 2024-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində İnvestisiya Baş İdarəsinin rəisi vəzifələrində çalışıb. Ehtimal edilir ki, yaxın vaxtlarda Saleh Məmmədovu sözügedən vəzifədə Əli Hacıyev əvəzləyəcək.("Qaynarinfo") 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam