Hazırda Kursk vilayətində Ukrayna Müdafiə Qüvvələri bölmələrinin mühasirəyə alınması təhlükəsi yoxdur.
Yenixeber.org: Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski “Facebook” səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, Sumı vilayətinin Rusiyanın Kursk vilayəti ilə sərhədində vəziyyət Ukrayna Müdafiə Qüvvələrinin nəzarəti altındadır.