Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

UKRAYNA RUSİYA ƏRAZİLƏRİNİN DƏRİNLİYİNƏ DOĞRU İRƏLİLƏYİR... -Putin niyə hərbi vəziyyət elan etmir?

Ukrayna Silahlı Qüvələrinin çoxlarının qısa müddətdə başa çatacağını hesab etdiyi “Kursk əməliyyatı” davam edir və Ukrayna qoşunları Rusiya ərazilərinin dərinliyinə doğru irəliləyir.

Yenixeber.org: Ukrayna mediası Kurskun Sudja şəhərinin cənubunda yerləşən Quevo kəndində Ukrayna bayrağının asılmasını əks etdirən kadrlar yayıb. Rusiyanın “Z-kanallar”ı isə yazır ki, Ukrayna Silahlı Qüvvələri Martınovka və Qordeyevka kəndlərinə də daxil olub. Bunu tanınmış rusiyalı “Z-bloqer” Yuri Podolyaka da(44 günlük müharibədə Azərbaycanın heç zaman Şuşanı azad edə bilməyəcəyini demişdi-red.) təsdiqləyib.

Bu arada Kursk vilayətinin Sudja şəhərinə əks istiqamətdə olan Korenevo kəndi yaxınlığında döyüşlər yenidən başlayıb. Ukrayna Silahlı Qüvvələri rusların müdafiə xətti qurduqları ərazidən yan keçərək, onları mühasirəyə almağa çalışdığı bildirilir. Həmçinin, ukraynalılar Rılsk-Lqov-Kursk xətti üzrə nəqliyyatı təmin edən əsas E38 magistralını atəş nəzarətinə götürməyə çalışırlar.

Ukrayna cəbhə xəttindən 80 km aralıda yerləşən Rusiyanın Xalino aviabazasını tamamilə məhv etmək niyyətindədir. Bu barədə “Forbes” nəşri məlumat yayıb. Kurskda yerləşən Xalino aviabazası Sudjaya ən yaxın hərbi aerodromdur. Rusiya Hərbi Hava Qüvvələrinin 14-cü Qvardiya Qırıcı Aviasiya Alayı Xalinoda yerləşir. Alayın 24 ədəd Su-30SM qırıcı-bombardmançı təyyarəsi çəkisi üç tona qədər olan KAB bombalarını daşıya bilir. Ukrayna Silahlı Qüvvələri Xalinoya doğru əhəmiyyətli dərəcədə irəliləməyi bacarıb ki, bu da həmin aerodromu Ukrayna raketlərinin və PUA-larının geniş spektri üçün əlçatan edir.

Ukrayna ordusunun Kursk vilayətinin dərinliklərinə irəliləməsi Rusiya hərbçilərinin kütləvi şəkildə təslim olması ilə müşayiət olunur. İnternetdə əsir götürülən rusiyalıların hərbi maşınlara yükləndiyini əks etdirən videolar yayımlanır. Ukrayna hərbçiləri hətta əsirlərin çoxluğunun onlar üçün problem yaratdığını deyirlər. Çünki onların hamısı texnikalara yüklənməli, Ukrayna düşərgələrinə çatdırılmalıdır.

Müxtəlif hesablamalara görə, artıq 1000-ə yaxın rus əsgəri, o cümlədən döyüş əməliyyatlarında təcrübəsi olmayan bir çox yeni çağırışçılar əsir götürülüb.

Artıq Rusiya “Z-kanalları”nın məlumatına görə, Kursk bölgəsində hərbi əməliyyatların sahəsi təxminən 650 kvadratklometrə kimi genişlənib. Hansı ki, şənbə günü təxminən 400-430 kvadrat kilometrin Ukraynanın nəzarətində olduğu bildirilirdi.

Bununla yanaşı, Rusiay mənbələri hərbi əməliyyatların davam etdiyini xəbər verir.

“Financial Times” yazır ki, Rusiya əlavə qüvvələr göndərməsinə baxmayaraq, Kursk bölgəsində Ukrayna qoşunlarını dayandıra və geri ata bilməyib. Nəşrin məlumatına görə, təsdiqlənmiş video və fotolara əsasən demək olar ki, əməliyyat başlayandan bəri Ukrayna Silahlı Qüvvələri və onların texnikası Rusiyanın 30 km dərinliyinə qədər irəliləyib. Kursk vilayətinin Sudja şəhəri isə bütünlükdə Ukraynanın nəzarətindədir.

Qəzet onu da xüsusi qeyd edir ki, avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski beş günlük sükutu pozaraq ilk dəfə Ukrayna qoşunlarının Rusiya ərazisinə daxil olmasını açıq şəkildə təsdiqləyib. O, bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski ona “cəbhədəki vəziyyət və müharibənin işğalçının ərazisinə keçməsi üzrə hərəkətlərimiz haqqında” məruzə edib.


Ukrayna Müdafiə Nazirliyinin adı açıqlanmayan sözçüsü qəzetə bildirib ki, əməliyyatın təfərrüatları açıqlanmır, çünki onlar “ilk olaraq hadisələrin necə inkişaf edəcəyini gözləyirlər”.

Rusiyanın daha bir tanınmış “Z-bloqeri” Timofey Yermakov yazıb ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin böyük ərazilərini işğal edib və orada səngərlər qazmağa, istehkamlar qurmağa başlayb.

O, qeyd edib ki, Ukrayna qüvvələrini Kursk ərazisindən çıxarmağa aylar, hətta illərlə vaxt lazım ola bilər. Yermakov ruslara Xerson vilayətinin Krınki kəndi uğrunda gedən döyüşləri xatırladıb. Orada Ukrayna qüvvələri yaratdıqları kiçik platsdarmda 9 ay ərzində döyüşə biliblər: “Bu, Krınki deyil, bu, daha böyük ərazidir".

O, qeyd edib ki, Ukrayna qüvvələri həm hücum əməliyyatı keçirir, həm də açıq şəkildə uzunmüddətli müdafiəyə hazırlaşır.

Qeyd olunur ki, təkcə son 24 saat ərzində 8 mindən çox rusiyalı sakin Kursk vilayətinin sərhəd rayonlarını tərk edib. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional əməliyyat qərargahındakı rəsmi nümayəndəsi Kurskda keçirilən brifinqdə qeyd edib ki, sərhəd sakinləri “müstəqil və mütəşəkkil kolonlarla” ərazidən ayrılıblar.

Rusiya xüsusi xidmət orqanlarına yaxın olan “VÇK-OGPU” “teleqram” kanalı isə bildirir ki, Ukrayna ordusu ərazidəki qüvvələrini artırır. Söhbət piyadalardan və tanklardan gedir. Rusiya qoşunları canlı qüvvə və texnikanın cəmləşdiyi yerlərə “Lancet” PUA-ları və aviasiya ilə atəş açsa da, istənilən nəticəni ala bilmir. Çünki Ukaryna qüvvələri əsasən kiçik mobil qruplarla hərəkət edir və onların yerini müəyyən etmək çox çətindir. Belə ki, Ukrayna tərəfi güclü radioelektron qurğulardan istifadə edir və kəşfiyyat PUA-larının, digər kəşfiyyat vasitələrinin işləməsinə, adi hərbi rabitənin qurulmasına imkan vermir.

Rusiya kanallarının yazdığına görə, Kursk AES-in yerləşdiyi Kurçatov şəhərinin yaxınlığında təcili istehkamlar tikilir. Rsuiya tezliklə Ukrayna qoşunlarının AES-ə çata biləcəyindən ehtiyat edirlər. Artıq yaxınlıqdakı Lqov şəhərinin boşaldıldığı, onun girəcəyindəki Seym körpüsünün minalandığı qeyd edilir. Ərazidəki mülki xəstəxanaların isə yaralılarla dolu olduğu bildirilir.


Bütün bunlara baxmayaraq, Vladimir Putin hələ də bölgədə hərbi vəziyyət elan etməyib ki, bu da “Z-bloqer”lər tərəfindən tənqid olunur.

ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) yazır ki, Rusiya hakimiyyəti Kursk bölgəsindəki əməliyyatın əhəmiyyətini və miqyasını azaltmaq, ölkə daxilində çaxnaşma və digər əks reaksiyaların qarşısını almaq üçün hərbi vəziyyət deyil, antiterror əməliyyatı rejimi elan etmək qərarına gəlib: “Kreml, ehtimal ki, Ukraynanın Kursk bölgəsinə müdaxiləsinin miqyasını azaltmaq və daxili çaxnaşma və digər əks reaksiyaların qarşısını almaq üçün hərbi vəziyyətə zidd olaraq antiterror əməliyyatı elan etmək qərarına gəlib. Bu, Kremlin yaranmış vəziyyətə cavab olaraq daha radikal tədbirlər görmək istəmədiyini nümayiş etdirir”.

Analitiklər Rusiyanın müxalif nəşri “Verstka”ya istinadla bildirirlər ki, Rusiya Prezident Administrasiyası rusiyalı deputatlara və senatorlara Kursk vilayətində baş verən hadisələri şərh etməməyi, bu barədə ya danışmamağı, ya da qısa və rəsmi mənbələrin məlumatlarına istinad etməklə danışmağı tapşırıb.

Rusiyalı hərbi bloqerlər isə hakimiyyətə Ukraynaya rəsmən müharibə elan etməyi təklif edir və onu antiterror əməliyyatı əvəzinə hərbi vəziyyət elan etmədiklərinə görə tənqid edirlər. 

Hesabatda bildirilir ki, xüsusilə hərbi vəziyyətin elan edilməsi Rusiya hakimiyyətinə kütləvi tədbirlərin qadağan edilməsinə, komendant saatının tətbiq edilməsinə və s. daha radikal tədbirlər görməyə imkan verərdi: “Lakin Rusiya Prezidenti Vladimir Putin rəsmən müharibə vəziyyəti elan etməkdən çəkinir, Rusiya cəmiyyətini tamamilə müharibə vəziyyətinə salmaq istəmədiyini nümayiş etdirir və hakimiyyətin sabitliyinə təhlükə yarada biləcək daxili narazılığın qarşısını almaq üçün ümumi səfərbərlik elan etməkdən imtina edir”.(Azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam