Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Trampın qələbəsi onlara 64 milyard qazandırdı -SİYAHI

 

Donald Trampın ABŞ-də prezident seçkilərində qələbəsindən sonra dünyanın ən varlı 10 şəxsinin sərvəti ümumi olaraq rekord həcmdə - 63,5 milyard dollar artıb.

Yenixeber.org xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb. 

Məlumata görə, seçkilərin nəticəsindən ən çox qazanan dünyanın ən varlı şəxsi, amerikalı milyarder İlon Mask olub. Belə ki, Trampın qələbəsindən sonra onun sərvəti 10,1 faiz (26,5 milyard dollar) artaraq 290,3 milyard dollara çatıb. 

“Amazon” şirkətinin təsisçisi Ceff Bezosun sərvəti bir gün ərzində 7,14 milyard dollar, “Oracle” şirkətinin rəhbəri Larri Ellisonun sərvəti isə 9,88 milyard dollar artıb. 

Bununla yanaşı, Trampın qalib gəlməsindən faydalananlar arasında “Microsoft”un təsisçisi Bill Geyts, həmin şirkətin keçmiş baş direktoru Stiv Balmer, “Google” təsisçiləri Larri Peyc  Sergey Brin, “Berkshire Hathaway” rəhbəri Uorren Baffet və kriptobirja rəhbərləri Brayan Armstronq  Çanpen Cao da var. 

Agentlik yazır ki, milyarderlərin sərvətinin belə artmasına səbəb amerikalı şirkətlərin səhmlərinin qəfil artması olub. Belə ki, gözləntilərə əsasən, Trampın Ağ Evə qayıtması vergilərin azaldılmasına və maliyyə tənzimləmələrinin yüngülləşdirilməsinə səbəb ola bilər. 

Xatırladaq ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçirilib. Seçkilər noyabrın 6-da Bakı vaxtı ilə səhər saatlarında başa çatıb. Rəsmi nəticələr açıqlanmasa da, ABŞ mediası Trampın qələbə qazanmaq üçün tələb olunan 270 seçisi səsini ötərək təqribən 300 səs topladığını yazıb. Tramp da öz növbəsində seçkilərdə qələbə qazandığını elan edib və özünü ölkənin 47-ci prezidenti adlandırıb. Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris seçkidə məğlub olduğunu təsdiq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam