Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Aya ilk ayaq basan astronavt –Armstronqun Moskva səfəri, Sibir ziyarəti, Kosıginlə görüşü

O, 39 yaşında dünyanın ən məşhur simalarından birinə çevrilib, Nil Armstronq adını tarixə Ayın səthinə ilk qədəm qoyan şəxs kimi yazıb və eyni zamanda bu ilkə imza atmaqla öz ölkəsini, ABŞ-ı SSRİ-dən bir addım önə çəkib.

Yenixeber.org: Nil Armstronq 1930-cu ildə Ohayo ştatının Uapkoneta şəhərində anadan olub. Gələcək astronavtın uşaqlıq illəri 20-dən artıq şəhərdə keçib. Onun atası ştat hökumətində audit vəzifəsində işlədiyindən ailə tez-tez onun xidməti işi ilə bağlı başqa-başqa şəhərlərə köçüblər.

Armstronq orta təhsilini başa vurduqdan sonra Perdyu universitetinin aviasiya sənayesi fakültəsində təhsil alıb, daha sonra təhsilini Massaçuset Texnologiya İnstitutunda davam etdirib.

Neil_Armstrong_1956_portrait.jpg (70 KB)

ABŞ hərbi dəniz qüvvələrində zabit kimi xidmət edən Armstronq sınaqçı pilot vəzifəsində işləyib və reaktiv təyyarələri sınaqdan keçirib. Həmin ərəfədə Koreya müharibəsində iştirak edib. 78 dəfə döyüş uçuşu icra edən Nil iki dəfə “Qızıl ulduz”la təltif olunub.

N.Armstronq 1962-ci ildə ABŞ Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsində (NASA) astronavtlar qrupuna qəbul edilib. 16 mart 1966-cı ildə “Cemini-8” kosmik gəmisinin komandiri kimi Skotla birlikdə kosmosa uçub. Uçuş 10 saat 40 dəqiqə davam edib.

1969-cu ilin 16-24 iyul tarixində isə onun orbitə ikinci uçuşu planlaşdırılıb. Orbitdə olduğu vaxtda 21 saat 36 dəqiqə Ay səthinin üzərində uçuş edən astronavt iyulun 21-də Ayın üzərinə enib. O, uçuş müddətinin 2 saat 31 dəqiqə 40 saniyəsini Ayın üzərində keçirib. İlk dəfə Ay səthinə insanın qədəm qoyması hadisəsi dünya mətbuatında möcüzə hadisə kimi işıqlandırılıb.

800px-Neil_Armstrong_pose.jpg (130 KB)

İlk dəfə Aya səfər edən astronavt bir ildən sonra, 24 may 1970-ci ildə ilk dəfə SSRİ-yə səfər edib. Bu səfərə qədər SSRİ-yə yalnız bir amerikalı astronavt, Frenk Borman gəlib.

Siyasi ekspertlər Nil Armstronqun sosialist ölkəsinə səfərini ABŞ-la SSRİ-nin arasında olan soyuq münasibətlərə mülayimlik gətirən səfər kimi qiymətləndiriblər. Məhz tərəflərə məxsus “Appolon” və “Soyuz” kosmik gəmilərinin kosmosda “görüş”ünün layihəsinin ilk razılaşdırılmaları da Armstronqun SSRİ-yə səfəri zamanı baş tutub.

Səfər çərçivəsində Armstronq Leninqradda keçirilən Beynəlxalq Kosmik Tədqiqatlar Komitəsinin təşkil etdiyi konfransda iştirak edib. 30-dan artıq ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə ABŞ astronavtının məruzəsi böyük maraqla qarşılanıb.

1_1150728.jpg (118 KB)

Bir neçə gün Leninqradda qalan astrovavt daha sonra Novosibirsk şəhərinə səfər edib. Sibir təbiəti ilə yaxından tanış olmaq üçün Armstronqu SSRİ-dən olan həmkarı Georgi Bereqovoy müşayiət edib. Onlar birgə meşələri gəziblər, çayda balıq tutublar. Hətta ameikalı astronavt onu müşayiət edənlərə balıq şorbası da hazırlayıb.

Novosibirskdən Moskvaya təyyarə ilə qayıdarkən amerikalı qonağı müşayiət edənlər sonradan biliblər ki, təyyarənin birinci pilotu Nil Armstronq, ikinci pilotu isə Gerogi Bereqovoy olub.

35456-entry-1-1626311202.jpg (53 KB)

Səfərinin son günlərini Moskvada keçirən amerikalı qonaq Lenin mavzoleyini ziyarət edib, Qırmızı meydanda gəzib, Yuri Qaqarinin yandırılmış nəşinin külü yerləşdirilmiş Kreml divarlarındakı xatirə lövhəsinin qarşısına gül dəstələri düzüb, ehtiramını bildirib.

Nil Armstronq Moskvada bir neçə görüş keçirib, o cümlədən SSRİ Elmlər Akademiyasında sovet alimləri qarşısında çıxış edib.

Rəsmi dairələrə gəldikdə isə amerikalı astronavtı SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin qəbul edib. Armstronq baş nazirə Aydan gətirdiyi kiçik bir kütləni hədiyyə edib.

35456-entry-19-1626311203.jpg (155 KB)

Xarici qonaqlara, xüsusilə də dünyada tanınmışlara qarşı həmişə maraq göstərən Leonid Brejnevin isə astronavtla görüşü olmayıb. Bunun səbəbi açıqlanmasa da, bəzi versiyalara görə, səbəb baş katibin səhhətində yaranan problemlər olub.

Sonralar verdiyi müsahibələrdə Armstronq bütövlükdə SSRİ səfərindən olduqca məmnun qaldığını bildirib. Astronavt vurğulayıb ki, bu səfərdə onun üçün ən təsirli səhnə Yuri Qaqarinin həyat yoldaşı ilə görüşməsi olub. Bu görüş Moskva ətrafındakı “Ulduz şəhərciyi”ndə baş tutub. Nil Armstronqu həmin şəhərcikdə Valentina Tereşkova müşayiət edib.

armstrong-01-pic4_zoom-1000x1000-55960.jpg (138 KB)

1971-ci ildə Armstronq NASA-dan ayrılıb, ayrı-ayrı universitetlərdə mühazirələr söyləyib. Daha sonra o, fəaliyyətini biznesə yönəldib, “AIL Systems” şirkətinə rəhbərlik edib.

İctimai fəallığını itirməyən astronavt vaxtşarı efirlərə çıxıb, kütləvi tədbirlərdə iştirak edib.

7 avqust 2012-ci ildə Nil Armstronqun ürəyində cərrahi əməliyyat aparılıb. Bu əməliyyata ən tanınmış Amerika cərrahları müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. 39 yaşında Aya ayaq qoyan astronavt, 82 yaşında ayağını Yerdən üzüb.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam