Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PENTAQON İNDİ DƏ “GOOGLE” ŞİRKƏTİ İLƏ SAVAŞA BAŞLAYIR… –"Dərin dövlət" ən böyük kəşfiyyat gücünün əlindən çıxmasını istəmir - ARAŞDIRMA

Ergün Diler

“Takvim”, Türkiyə, 28 dekabr 2019-cu il

 

Yenixeber.org: Dünyada gedən savaşı anlatmanın da, anlamanın da yolları vardır. Daxildə sadəcə CHP israrla bundan kənarda qalmaqdadır. Səbəbini bilmirəm. Bilmək də istəmirəm. Hər şeyə qarşı çıxmaq, belə yaşamaq olmaz. Natamam və yetərsiz olduqlarını anlamaları çox çətin deyil. Yenə də bu durumu dəyişdirəcək heç bir addım atmırlar.

“Kanal İstanbul” başda olmaqla, hər şeyə qarşı çıxmalarının əsası yoxdur. Bu qədər görülən gözəl işlər var, bir dəfə belə, tərif eşitmədik. Nə üçün? AKP gördü deyə… Həyata belə baxaraq, yol getmək olarmı? Sanmıram.

Dünyada gedən mübarizə ilə əlaqədar CHP tam başqa koordinatdadır. Əsil önəm verdiyim yer də burasıdır. Türk dövlətinin gediş yönü ilə onların getmək istədikləri yön çox fərqlidir. İzaha möhtac olan nöqtə burasıdır. Məsələni bir az açaq.

Amerika Birləşmiş Ştatları, adından da göründüyü kimi, fərqli qanunları və həyatı olan 50 ştatın birləşməsilə superdövlət oldu. II Dünya Müharibəsindən sonra ümumdünya ehtiyat pul vahidi olaraq dollar önə çıxdı. Və öncül rol oynaması sayəsində ABŞ-ın dünya iqtisadiyyatına hökm etməsini təmin etdi. İndi bu straregiyaya tabe olmayanlar vardır.

Bununla birlikdə, 50 ştatı vahid güc olaraq bir yerə toplayan sistem çökdü. Xaricdən əldə edilən gəlirlər hesabına 50 ştatın rifah səviyyəsi yaxşı durumda idi. Heç kimin şikayəti yox idi. Son 10 ildə çöküş başladı. 23 ştatda 20%-lik iqtisadi itki oldu. AKP-yə zərbə vurmaq üçün fürsət axtaranlar bunu heç anlamaz. Davam edək.

Beləliklə, ABŞ daxilindəki münaqişə halı üzə çıxdı. Çünki bəzi ştatlara nəzarət Pentaqonda idi, digərləri isə, amerikanlar qəbul etməsə də, Rotşild ailəsinin maliyyə sisteminə bağlı idi. Türkiyə bunu da bizim sayəmizdə öyrəndi.

50 il idi ki, Vaşinqton vahid fikirlə hərəkət edirdi. İraq əməliyyatları ilə, 11 Sentyabrla bağlı qərarlar belə, Pentaqonda alınırdı. Rotşild ailəsi də alınan bu qərarlarla gücləndiyi üçün etiraz etmirdi, ortaqlıq davam edirdi. Ortaqlıq pozulan kimi, Pentaqon Prezident Trampı hədəf aldı. Doğrusu, bura qədər olanlar haqqında dəfələrlə yazmışam.

Ardınca Pentaqonla şirkətlər qarşı-qarşıya gəldilər. Bu da sürpriz deyildi. “Google”, “Apple”, “Facebook”, “Amazon”, “Microsoft” ve “Oracle” Pentaqonun əmrlərinə qarşı çıxmağa başladı. “Google” 2018-ci ildə Pentaqonla olan anlaşmalarını ləğv etdi. “Amazon” Pentaqonu məhkəməyə vermək üzrədir. Pentaqon da bu şirkətlərin beynəlxalq investisiyalarına mane olmaq üçün bir çox ölkəni təhdid etdi. Fransa “Google” ilə birgə yürümək istədiyi halda, Fransa Rəqabət Qurumu ona ard-arda cəzalar kəsdi. Fransa Rəqabət Qurumunun önəmli şəxsləri NATO, dolayısilə Pentaqonla yaxın münasibətlər içindədir.

Ancaq Rotşild ailəsinin gücü burada dövrəyə girdi və “Google” şirkətinə kəsilən cəzanın ödənməyəcəyinə təminat verdi.

Bir xəbər proqramında Fransanın, yəni Rotşild ailəsinin çox güclü olduğu ölkənin ailənin təsirli oduğu “Google” şirkətinə cəza kəsməsi haqqında məlumat eşitdiyiniz zaman buna bir məna verə bilməzsiniz. Həqiqətdə isə “Fransa daxilindəki ABŞ”ın, amerikan şirkəti kimi görünsə də, düşmən elan edilən “Google” şirkətinə cəza kəsdiyini görürsünüz.

Yeri gəlmişkən, Avropada 18 ölkə “Google” şirkətinə cəza kəsdi.

Pentaqonla “Google” şirkətinin münasibətlərinin gərginləşməsinə səbəb olan məsələ isə Liviyadır.Pentaqon “Google” şirkətinin çox özəl və gizli bir proqramını Liviya üçün istifadə etmək istədi. Liviyada baş verən hadisələr ABŞ üçün çox önəmlidir. Həftərin bölgədəki təsiri, Pentaqonun Liviyanın gələcəyini yönləndirməsi xəzinə qədər dəyərlidir.

Ancaq “Google” şirkəti Pentaqonun bu istəyinə rəğmən, ona qarşı daha bir addım atdı. Liviyada xüsusilə Türkiyənin aktiv hala gəlməsi, Aralıq dəniziylə bağlı Liviya ilə anlaşma əldə etməsi, Liviyanın iki şəhərinə hərbçi göndərməyə hazırlaşması Pentaqonda “Google” şirkətini hədəf halına gətirdi. Çünki “Google” bir hərbi sistemdir. Onun açıqlanmayan, ancaq Pentaqon tərəfindən istifadə edilən özəl sistemləri ABŞ-ın Milli Təhlükəsizlik Agentliyində (NSA) belə, yoxdur. Bu səbəblə, “Google” şirkəti Rotşild ailəsinin əmri, təzyiqi ilə Pentaqonla olan ortaqlığını bitirmə nöqtəsinə gətirdi.

Pentaqon “Ərəb baharını” “Google” vasitəsilə yönləndirdi. Bir çox ölkədə “Google” vasitəsilə itaətsizlik başladan Pentaqon bu böyük gücün əlindən çıxmasından narahatdır. Buna izin vermək niyyətində də deyil.

“Google” şirkətinin ən güclü olduğu ölkələri incələdiyiniz halda, qarşınıza öncə Fransa, Almaniya, Türkiyə, İngiltərə və Afrika ölkələri çıxır. İndi Pentaqonun əlindəki ən önəmli kəşfiyyat gücünü itirməsinə səssiz qalmayacağını artıq bilirik. Pentaqon “Google” şirkətini çətin duruma salacaq, Tramp isə şirkəti müdafiə edəcək.

“Google” şirkətinin Android tətbiqini Çin markalarına qadağan edəcəyini açıqladığını xatırlayırıq. Bu, böyük təzyiq altında olan “Google” şirkətinin açıqlaması idi. Ancaq əsla belə bir addımın atılmayacağı Çinə bildirilmişdi.

Pentaqonun istifadəçilərin olduğu yer haqqında məlumatları əldə etməsi üçün “Google Maps” və başqa“Google” tətbiqlərinin yüklənmiş olduğu Android və ya İOS telefonlarına giriş əldə etməsi bir çox sui-qəsdin uğurla nəticələnməsini təmin edirdi.

Pentaqonun MKİ vasitəsilə son dəfə istifadə etdiyi bu metodla Ceyms Qustav Edvard Le Mezurye İstanbulda ortadan qaldırıldı.

Təqribən 1 ay sonra da 900 milyard dollarlıq bir şirkət olan “Google”un qurucuları Sergey Brin ilə Larri Peyc “Google” və “Alphabet”dəki vəzifələrindən istefa verdilər. Bu, İngiltərənin Ceyms Qustav Edvard Le Mezurye cinayətilə bağlı “Google” şirkətinə etdiyi ən ağır xəbərdarlıq idi. Çünki Sergey Brin ilə Larri Peyc Rotşild ailəsinə Pentaqonun şirkətin heç bir sistemindən istifadə edə və heç bir izləmə apara bilmədiyi ilə bağlı təminat vermişdi.

Savaş bu halda ikən, təbii olaraq, “CHP haradadır?” sualı gündəliyə gəlir. Əlbəttə, yeni partiyalar da…

Adi insanların bilməli olduğu da bunlardır. Kim kiminlədir? “Kanal İstanbul”a da, yerli avtomobilə də nə üçün qarşı çıxırlar?

Daxildə gedən prosesləri anlamaq üçün xaricdəkiləri yaxşı bilmək tələb olunur.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam