Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Sabiq deputat MSK-ya şikayət edəcək

Sabiq deputat MSK-ya şikayət edəcək

 

“Əlimdə videoçəkilişlər var”

 

79 saylı İmişli seçki dairəsindən deputatlığa keçmiş namizəd, sabiq deputat İltizam Əkbərli 1 noyabrda qarşılaşdığı seçki pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət hazırlayır. 
 
Xeberinfo.com:   Məlumata görə, bu barədə musavat.com-a İ.Əkbərli məlumat verib. Onun dediyinə görə, dairədəki seçkilər ciddi qanun pozuntuları ilə keçib və bunu sübuta yetirən çoxsaylı faktlara malikdir: “İqtidar namizədinin qalib gəlməsi üçün ağlagəlməz üsullardan istifadə edildi. Ən çox diqqət çəkən başqa rayonlardan gətirilən 50-60 nəfərlik dəstənin fəaliyyəti oldu. Müşahidəçilərin bütün səylərinə baxmayaraq, bu insanların rayon mərkəzində yerləşən məntəqələrin demək olar ki, əksəriyyətində qeyri-qanuni səs verməsinə mane olmaq mümkün olmadı. Rayonda qeydiyyatda olmayan adamların səsvermədə iştirak etməsinə praktikası əvvəllər heç vaxt tətbiq edilməmişdi. 
Digər çəkən məqam məntəqələrdəki əlavə siyahılar idi. Eyni adamlar ayrı-ayrı məntəqələrdə əlavə siyahıya salınır və onların səsverməsi təşkil edilirdi. Bu say hər məntəqə üzrə 50-65 civarında idi.
Bu seçkidə insanların  maşınla daşınması praktikasından da maksimum istifadə edildi. Hər məntəqəyə təhkim edilmiş 10-15 maşınla əsasən qadınların daşınması və ağır vəziyyətdə yaşayan bu insanların kiçik haqq müqabilində (5 manat) səs verməyə məcbur edilməsi iqtidar nümayəndəsinin “şəksiz” qələbəsinə hədəflənmişdi. Bu işə bütün idarə müdirləri, İH-nin yerli nümayəndələri və bələdiyyələr cəlb edilmişdi”. 
İ.Əkbərli onu da qeyd edib ki, konkret seçki məntəqələri və seçki komissiyalarının sədrlərinin, onların yaxın qohumlarının seçki qanununu və digər qanunları pozduğunu sübuta yetirən çoxlu sayda dəlillər, sənədlər var. Həmin sənədlər üzrə xeyli akt və videoçəkilişlər mövcuddur. Həmin materialları MSK-ya şikayətinə əlavə edib göndərəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam