Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Mandatından məhrum olacaq deputatların siyahısı "xeberinfo.com" da-YENİLƏNİR

                                   

 

Elçiliyini bitirənlər, yerini itirənlər...

Gələcək yaşamları sual altında olanlar

 

“Xeberinfo.com”:   Mərkəzi Seçki Komissiyasının məlum təqvim planına əsasən Milli Məclis üzvlüyünə deputatlığa namizədliklərin irəli sürülməsinə artıq start verilib. Təqvim Planına əsasən, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si, saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə oktyabrın 9-da başlanılır, 31 oktyabr saat 08:00-da isə təşviqat dayandırılır. Seçkiqabağı təşviqatın aparılması səsverməyə 23 gün qalmış başlanılır. Bu proses oktyabrın 9-da başlayıb 30-da bitəcək.  Beləliklə də artıq parlament seçkilərinə start verildi.

 Çox guman ki, bu hazırkı Milli Məclisin bəzi üzvüləri üçün xoş xəbər olmadı. Səbəb isə bəzi deputatların noyabrın ilk günü qələbə sevinci yaşaya bilməyəcəkləridir. Startı verilmiş növbəti parlament seçkiləri ilə bağlı “xeberinfo.com”a müxtəlif mənbələrdən məlumatlar daxil olmaqdadır. Biz bu və qarşıdakı günlərdə əldə edəcəyimiz məlumatlarla ardıcıl yazılar hazırlayacağıq. Zatən qarşıdakı iki ayda mətbu gündəmi parlament seçkiləri zəbt edəcək.

 Lakin bəzi deputatlar da var ki, onlar Milli Məclisin yeni tərkibinə məhz iqtidarın iradəsinə uyğun olaraq düşə bilməyəcəklər. 81 saylı Beyləqan seçki dairəsindən deputat Ayaz Orucov etimadı doğrultmadığı səbəbindən, 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən Aydın Abbasov atası Abbas Abbasovun iqtidarla siyasi problemlərinin olmasına görə mandat ala bilməyəcək. Daha sonra, ...41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat Leyla Abdullayeva, 96 saylı Goranboy - Naftalan seçki dairəsindən deputat Mahir Aslanov, 74 saylı Lənkəran kənd seçki dairəsindən Hadı Rəcəbli, 75 saylı Lənkəran – Masallı seçki dairəsindən Cavanşir Paşazadə, 27 saylı Sabunçu ikinci seçki dairəsindən Qalib Salahzadə, 94 saylı Bərdə kənd seçki dairəsindən deputat Gövhər Baxşəliyeva, 77 saylı Astara seçki dairəsindən deputat Aslan Cəfərov, 118 saylı Ağdam şəhər seçki dairəsindən deputat Bəxtiyar Əliyev, 52 saylı Quba seçki dairəsindən Vahid Əhmədov, 70 saylı Masallı şəhər seçki dairəsindən deputat Nəriman Əliyev, 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva, 90 saylı Ağdaş seçki dairəsindən deputat Çingiz Əsədullayev, 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat Arif Əşrəfov,115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputat Cavanşir Feyziyev, 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən deputat Xanlar Fətəliyev, 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən deputat Zeynəb Xanlarova, 80 saylı İmişli - Beyləqan seçki dairəsindən deputat Çingiz Qənizadə, 57 saylı Kürdəmir seçki dairəsindən deputat Fərhad Qəribov, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputat Fərəc Quliyev, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputat Rafiq Məhəmmədhəsnov, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputat Madər Musayev, 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputat Aqiyə Naxçıvanlı, 63 saylı Sabirabad birinci seçki dairəsindən deputat Ceyhun Osmanlı, 68 saylı Cəlilabad kənd seçki dairəsindən Mirkazım Kazımovun, 82 saylı Ağcabədi seçki dairəsindən deputat Tahir Rzayev, 9 saylı Binəqədi ikinci seçki dairəsindən bitərəf Rafael Cəbrayılov, 10 saylı Binəqədi 3-cü seçki dairəsindən Madər Musayev, 79 saylı İmişli seçki dairəsindən Əsabil Qasımovun mandat almaları sual altındadır.

Həmkarlarımızdan isə Rauf Arifoğlunun mandat qazanmaq ehtimalı çox böyükdür. Bu isə o deməkdir ki, Ədalət Partiyasının sədri İlyas İsmayılovu Milli Məcllsin yeni tərkibində görə bilməyəcəyik. Rauf Arifoğlundan fərqli olaraq digər həmkarımız Bəxtiyar Sadıqovun Milli Məclisə gedən yolunu isə ağdamlılar kəsməkdə qərarlıdırlar. Hətta onun əleyhinə yaxın günlərdə Ağdamda kampaniyanın başlayacağı haqqında da məlumat var. Digər həmkarımız 15 saylı Yasamal birinci seçki dairəsindən Etibar Hüseynovun da növbəti dəfə mandat ala bilməyəcəyi haqqında məlumat var.

Bütün bunlar bizim müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlar idi və qarşıdakı günlərdə mövzunu davam etdirəcəyik.

 

 

Xalid 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam