Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Ziya Məmmədovla Kərəm Həsənovun adı “MTN işi”ndə

 

Nəqliyyat nazirini Eldar Mahmudov satdığı, komitə sədrinin isə keçmiş nazirlə işbirliyində olduğu deyilir

Nəqliyyat naziri Ziya Məmmədovun hədəfə gəlməsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun rolu olub.

Xeberinfo.com:    Məlumata görə, bu barədə“Azadlıq”a hakimiyyətdəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Eldar Mahmudov İlham Əliyevə Ziya Məmmədov barədə kompromatlar təqdim edib. Məhz bundan sonra nəqliyyat nazirinin qara günləri başlayıb. Bu kompromatlar Ziya Məmmədovun Beynəlxalq Bankdan götürdüyü kreditlər və nəqliyyat nazirinin baş nazirin keçmiş müavini Abbas Abbasovla əlaqələri barədə olub.

Qeyd edək ki, Ziya Məmmədov hədəfə gələərəfədə baş verənlər onun Beynəlxalq Bankdan götürdüyü 500 milyon manat kreditə və Abbas Abbasovla əlaqələri ilə izah edilirdi. Qaynağımız bildirir ki, bu iddialar əsassız deyil. Lakin Eldar Mahmudov faktların üzərinə əlavələr etməkləölkə rəhbərliyinə təqdim edib. Eldar Mahmudovun özü hədəfə gələndən sonra Ziya Məmmədovla bağlı proses dayandırılıb.

Mənbə deyir ki, Ziya Məmmədovun yaxın ətrafı da nəqliyyat naziri ilə bağlı baş verənlərdə Eldar Mahmudovu suçlu bilir.

Eldar Mahmudovun atasının abidəsi söküldü

Bu arada Naxçıvanda yaşayan jurnalist, ictimai fəal Həkimeldostu Mehdiyev “Facebook” səhifəsində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Eldar Mahmudovun atası Əhməd Mahmudovun adını daşıyan türk liseyinin önündəki abidənin söküldüyünü yazıb.

Onun sözlərinə görəƏhməd Mahmudovun heykəlinin sökülməsinə Naxçıvan Muxtar Respulikasının tikinti naziri Asəf Məmmədov başçılıq edib. Nazirin göstərişi ilə hərəkət edən fəhlələr tanınmış alimin heykəlinin başına ip bağlayaraq, texnikanın gücü ilə dartıb yerə sərib, demontaj ediblər.

Əhməd Mahmudov 1923-cü ildə Naxçıvanın Gəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. AMEA-ının Iqtisadiyyat Institutunun direktoru, akademiyanın həqiqi üzvü olub.

O, 1989-cu il may ayının 8-də Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Kərəm Həsənovla Eldar Mahmudovun işbirliyi

MTN işi” ilə bağlı əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənov da hədəfə gələbilər. JAM.az xəbər verir ki, Kərəm Həsənovla Eldar Mahmudov arasında həm biznes, həm dədigər “işgüzar” münasibətlər olub. Məsələn, “Azinko-Holdinq” üzərindən şərikli olan tərəflər, yaxın qohumlarını da iş başına gətiriblər. Kərəm Həsənovun hal hazırda MTN-də iki vacib adamı çalışır və onların hər ikisi məhz komitə sədrinin sabiq nazirdən etdiyi xahişlərə əsasən mümkünləşib. Bir də ortada biznes ortaqlığı varsa, Eldar Mahmudov da hər hansı bir jest edəbilər.

Bundan başqa Kərəm Həsənovun MTN-də çalışan qohumlarından biri qardaşıdır. Şahin Həsənov hazırda nazirliyin Beynəlxalq Əlaqələr Şöbəsinin rəisidir. Lakin maraqlıdır ki, bu adam heç bir xarici dil bilmir. Normativlərə görə, belə şöbələrdə çalışanlar ən azı iki dil bilməlidirlər.

Ikinci qohumu isə qudasıdır ki, hazırda MTN-də Baş Idarə rəisinin müavini vəzifəsini daşıyır. Məlumata görə, Kərəm Həsənovun qudası uzunmüddət DYP sistemində çalışıb və kapitan rütbəsinə qədər yüksəlib. Qohumluq əlaqələri yarandıqdan sonra isə Eldar Mahmudov sayəsindəvəzifə başına çəkilib. Yəni, DYP-dən MTN-ə yüksək vəzifəyə gətirilib.

Bildirilir ki, Kərəm Həsənov MTN ətrafında baş verənlərdən çox ciddi şəkildə narahatdır. Yaxınlarının dediyinə görə, işin bir ucunun gəlib ona çıxacağından çox şübhəlidir. Iddialardan biri də budur ki, Kərəm Həsənovla Eldar Mahmudov sahibkarların başına oyun açılması prosesində də da yaxından iştirak edib.

Iddia edilir ki, MTN hər hansı bir sahibkarı həbs edib, pulunu qoparmaq istəyirmişsəəvvəlcədən onun haqqında bütün məlumatları toplayırmış. Mənbənin sözlərinə görə, bu zaman təkcəəməliyyat məlumatlarından deyil, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin imkanlarından yararlanıblar. Əhalinin əmlaka dair məlumatlarının bazası MTN-də də olub.

Bildirilir ki, Kərəm Həsənovla Eldar Mahmudov arasında olan anlaşmaya əsasən saxlanılıb, pulu alınacaq adamın bütün əmlakının siyahısı çıxarılıb, haqqında əlavə bilgilər də daxil edilib, dosye şəklində komitə sədrinin MTN-dəki qudasına göndərilirmiş və o da lazımi adamlara çatdırırmış.

MTN Qarabağ veteranını necə şərləyib?

Həyat yoldaşım Məmmədov Abutalıb Şirzad oğlunu Milli Təhlükəsizlik Nazirliyininəməkdaşları 2009-cu ildə şərləyərək həbs ediblər”. Bu sözlər isə Bakı sakini Sevda Məmmədovanın ölkə başçısı Ilham Əliyevin xanımı Mehriban Əliyevaya yazdığı məktubdandır. Məktub qaynar.info saytında yayılıb. Sevda Məmmədova bildirir ki, Qarabağ veteranı olan həyat yoldaşı Abutalıb Məmmədov MTN tərəfindən narkotik ittihamı ilə həbs olunub. Onun sözlərinəgörəəslində həyat yoldaşının heç bir təqsiri yoxdur: “Ağır Cinayətlərə Dair Işlər Üzrə Məhkəmə17 aevral 2010-cu il tarixdə Məmmədov Abutalıb Şirzad oğluna haqsız yerə 13 illik həbs cəzası verib. Apelyasiya şikayətimiz nəticəsində ”iş” 10 ilə endirilib. Həmin qətnamələrdən göründüyü kimi vaqonda tapılmış ümumi çəkisi 9 kq olan nəşənin sahibi Abutalıb deyil. Həmin narkotik maddələr vaqona əvvəlcədən gizli şəkildə qoyulub. Sonra da onu oraya qoyduranlar “axtarış” aparıb tapıblar. Abutalıb məhkəmə proseslərində bildirdi ki, vaqondan tapılmış həmin narkotik maddədən xəbəri yoxdur. Hər iki qətnamədə yazılıb ki, bu narkotik maddənin sahibi istintaqla müəyyən edilməmiş şəxsdir. Istintaq niyə müəyyən etmədi ki, həmin narkotik maddələrin sahibiəslində kim idi? Əgər bu işdə Abutalıb günahkar idisə niyə istintaq orqanları maraqlanmadılar ki, Abutalıb onu kimdən almışdı, kimə verəcək idi?

Qətnamələrdə yazıldığı kimi Milli Təhlükəsizlik Nazirliyinin işçiləri və digər naməlum şəxslər həmin vaqonda narkotik maddə olmasından əvvəlcədən xəbərdar olublar…

…MTN-in əməkdaşları Məmmədov Abutalıb Şirzad oğlunu əsassız həbs etdikdən sonra ona müxtəlif işgəncələr veriblər ki, vaqondan tapılmış narkotik maddələri öz boynuna götürsün. Bu məqsədlə Abutalıbı dəfələrlə döyüblər. Lakin bunun fayda verməyəcəyini görən MTNəməkdaşları Abutalıbı kişilikdən məhrum edəcəkləri ilə hədələməklə çirkin planlarını həyata keçiriblər. Onlar izahat yazıb Abutalıba qol çəkdiriblər ki, guya onun bu işdən xəbəri vardır…

…Abutalıb narkotik alverçisi deyil, bütün məhkəmə iclaslarında da o özünün təqsirkar olmadığını dəfələrlə bildirib. Bakı Apelyasiya Məhkəməsinin 23 iyul 2010-cu il tarixli qətnaməsindəyazılanlardan da aşkar görünür ki, Abutalıbın narkotik məsələsində təqsirkar olması istintaq yolu ilə müəyyən edilməyib. Bu ittihamla bağlı MTN əməkdaşlarının yeganə “sübutu” Abutalıba işgəncə ilə yazdırdıqları ilkin izahatdır.

Abutalıb hər iki məhkəmədə dəfələrlə xahiş etdi ki, ekspertiza təyin edilsin, əl izləri yoxlansın, ciddi araşdırma aparılsın və lazım gələrsə telefon zəngləri araşdırılsın görək həmin narkotik maddələri vaqona kim qoyub? Daha sonra Abutalıb məhkəmədə bildirdi ki, əgər bu qədər narkotik maddənin sahibiyəmsə, onda niyə soruşmursunuz ki, bunları kimdən almışam, hara aparıram? Bu sualların hamısı cavabsız qaldı və hakimləri işin ədalətli araşdırılmasında maraqlı olmadılar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam