Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ziya Məmmədovun karyerasına zərbə

ziya_memmedovNəqliyyat naziri Türkiyədən dəstək gözləyirdi, amma indi təhlükə ilə üz-üzədir

Xeberinfo.com:   Nəqliyyat naziri Ziya Məmmədov üçün ciddi təhlükə yarandığı barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, Türkiyədə fəaliyyət göstərən və Fətullah Gülənə yaxınlığı ilə seçilən Türk-Amerikan Alyansı ilə Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan-Amerika Alyansı ciddi işbirliyində olub.

Bundan başqa, Türkiyədəki hərbi çevrilişə cəhddən sonra bağlanan “Qafqaz” Universitetinin bəzi layihələrinin maliyyələşməsində Anar Məmmədovun böyük rol oynadığı üzə çıxıb. Ziya Məmmədov London taksilərinin ilkin idarəçiliyini də Gülənə yaxın şəxslərdən birinə tapşırıb. Söhbət “Baku Taxi Company”nin sabiq rəhbəri Ilqar Qasımovdan gedir. Bir neçə il bundan əvvəl hakimiyyət daxilində “nurçu qalmaqalı” yaşananda Ziya Məmmədov işdən çıxarıb. O zaman yayılan məlumatlarda da Ilqar Qasımovun işdən çıxarılması “gülənçilər”lə bağlı olması ilə izah edilirdi.

Həmin vaxt iddia edilirdi ki, nazirin köməkçisi Ziya Əliyev də “gülənçilər”lə əlaqəlidir.

Məlumatlı mənbə bildirir ki, Binəli Yıldırım Türkiyənin baş naziri təyin ediləndə Ziya Məmmədov hökumətdəki əvvəlki nüfuzunu bərpa edəcəyinə ümid edirdi. “Çünki Türkiyənin baş naziri ilə Ziya Məmmədov arasında sıcaq münasibətlər var. Təsadüfi deyil ki, Binəli Yıldırım Azərbaycana səfər edərkən Ziya Məmmədovla xüsusi olaraq görüşmüşdü. Ziya Məmmədov hesab edirdi ki, Türkiyə hakimiyyətinin dəstəyilə itirmiş nfuzunu yenidən bərpa edə bilər. Lakin nazirin adının ”gülənçilər”lə hallanması ona böyük zərbədir”, – deyə mənbə əlavə edib.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam