Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Belarus Ermənistanla bağlı çağırış etdi:"...biz planlar üzrə işləyirik”

Təhlükəli addımlar: Ermənistan KTMT dən AYRILIR?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin silahlı qüvvələri mövcud planlar üzrə işləyir, Ermənistanın təşkilatda iştirakı məsələlərinə dair nəticə çıxarmaq hələ tezdir.

Yenixeber.org: Bunu Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi Valeri Revenko deyib.

“KTMT çərçivəsində əməkdaşlığa gəlincə. Məncə, nəticə çıxarmaq tezdir. Siyasi bəyanatlar ayrıdır, silahlı qüvvələr arasında bu gün mövcud olan münasibətlər ayrı - bizim planlarımız var, biz bu planlar üzrə işləyirik”, - deyə o, STV telekanalında bildirib.

O, siyasi bəyanatları bir kənara qoyub əməkdaşlığı inkişaf etdirməyə çağırıb:

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı hazırkı tərəfdaşımız Ermənistanla əməkdaşlığı inkişaf etdirəcəyik”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan “Frans 24”ə açıqlamasında Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu bildirib. Bu açıqlama Rusiyanın dərhal reaksiyasına səbəb olub. Kreml İrəvandan bu fikirlərə izahat verilməsini tələb edir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam