Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

OMD-nin şöbə müdiri işdən çıxarıldı, narazı qaldı -Nə baş verib?

OMD adı ilə tanınan K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun şöbə müdiri Gülşən Qəhrəmanova işdən çıxarılıb. 
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, onun işdən çıxarılması bir müddət əvvələ təsadüf edir. 
Gülşən Qəhrəmanovanın işdən çıxarılmasının səbəbləri bəlli olmasa da, keçmiş şöbə müdirinin qərardan narazı olduğu bildirilir. Məlumata görə, Gülşən Qəhrəmanova işə bərpa tələbi ilə İnstitutu məhkəməyə verib. 
Lakin birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib. Gülşən Qəhrəmanova apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Fuad Abdıyev iş üzrə hakim təyin edilib. 
Araşdırmalarımız zamanı məlum olub ki, Gülşən Qəhrəmanova K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulanların patologiya şöbəsinin müdiri vəzifəsində işləyib. K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Aynur Poluxovadır. Aynur Poluxova direktor vəzifəsinə 2023-cü ilin dekabrında təyin olunub. 
OMD-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.(Qaynarinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam