“Müəllim”in “Uçitel” olduğu sübuta yetirilib, amma...-ARAŞDIRMA
Kooperativ mülkiyyətçilərinin əmlakının dövlət adından qəsb edilməsinə cəhd olunub
Yenixeber.org: Haqqında söz açacağımız mübahisənin tarixçəsi xeyli əvvəl başlasa da, onun kütləvi informasiya vasitələrində ictimailəşməsi keçən ilə təsadüf edir. İnformasiya resurslarında Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində yerləşən “Müəllimlər” Mənzil-Tikinti Kooperativinə məxsus 98 saylı binanın bir qrup payçısının (sakininin) keçmiş MTK sədrindən narazılığı belə əks olunub:
“Binanın sakinləri Nemətova Zarema.Ə, Quliyev Fərid.A., Quliyeva Elvira.U., Dəmirova Elmira.P.,İmanov Neman, Mirzəliyeva Dilbər, Mirzəliyev Xəqani.M., Adilov Emin.İ., Məmmədov İlqar, Məmmədov Aydın, Abdullayev Tofiq.S., Aslanova Kübra.F bildiriblər ki, MTK 1960-cı ildə yaradılıb və pay sahibləri tərəfindən binanın tikilməsi üçün sərmayə qoyulub. Burada 0.65 ha həyətin ümumi sahəsində, beşmərtəbəli, beş bloklu, 60 mənzilli olan bina, zirzəmi və 188,3 kv.m sahəsi olan yarımzirzəmisi və s. pay sahiblərinin sərmayəsi hesabına inşa edilib. Bina 1965-ci ildə istismara verilib. Binanın yarızirzəmisi icarəyə verilib və alınan vəsait həyətin təmizlik işlərinə, xadimə xidmətlərinə, kooperativin mühasibi və kooperativ sədrinə əmək haqqı ödəmək üçün xərclənirdi.
2002-ci ildə binanın sakini Ramazanov Səfər Müslüm oğlu MTK-nın sədr vəzifəsini ələ keçirdikdən sonra əvvəllər icarəyə verilən yarımzirzəmini öz şəxsi ofisinə çevirərək MTK-nı icarədən gələn vəsaitdən məhrum edib.
Ramazanov Səfər Müslüm oğlu 2004-cü ildə həyətin ümumi sahəsinin 0,40 ha-nı payçılar arasından beş – altı nəfər özünə həmfikirlər taparaq dilə tutub, onların dəstəyi ilə (heç bir toplantı keçirmədən, digər payçıların xəbəri və razılığı olmadan, hesablaşmadan, onlara kompensasiya təklif etmədən) saxta sənədlər düzəltdirərək, binanın həndəvərindəki MTK-ya məxsus ərazinin 4000 kv.metr sahəsini öz şəxsi mülkü kimi qeyri-qanuni şəkildə «Baku Clock Tover» şirkətinə külli miqdarda pul müqabilində satıb, bu faktı əksər payçılardan gizli saxlayıb. Həmin sahədə adı çəkilən şirkət bina inşa etməyə başlayıb. Kooperativin pay sahibləri həyət sahəsinin bu dərəcədə azalmasından narazı qalıb Ramazanov Səfərdən izahat verilməsini tələb etdikdə o, «kürd mafiyasının işləridir, baş qoşmayın, yoxsa bizi mənzillərimizdən köçürdərlər» -deyərək hədə-qorxu gəlib sakinləri narazılıq bildirməmələrinə məcbur edib.
Həmin ildə Ramazanov Səfərin maddi durumu sürətlə yüksəlir, hər iki oğluna bahalı avtomobillər, yeni evlər və öz sözlərinə görə, Qəbələ rayonunda villa alır. Hər il xaricə ailəsi ilə birlikdə bahalı kurortlarda istirahət edir. Üstəlik, yaşadığı binada da bir neçə mənzil alır.
Bundan başqa, Ramazanov Səfər Müslüm oğlu həyətdə uşaqlar üçün yaradılan guşəni zəncirlə ayıraraq şəxsi avtomobilləri üçün parkinq kimi istifadə edib. Sakinlərin uzun müddət şikayətlərinə baxılmayıb və heç bir tədbir görülməyib.
2017-ci ildə məlum olub ki, pay sahiblərinin ümumi istifadəsində olan 188,3 kv.m sahəsi olan yarımzirzəmi saxta sənədlərlə sədrin oğlu Ramazanov Böyükağa Səfər oğlunun adına keçirilib.
Ramazanov Səfər zirzəmini Birjada 35 min manata aldığını deyib, lakin sonradan məlum olub ki, Əmlak Komitəsinin vəzifəli şəxsləri ilə anlaşaraq dövlət sahəsi adı ilə həmin zirzəmini hərraca çıxarıb.
Bütün bunlardan sonra kooperativ üzvləri iclas keçirərək Ramazanov Səfəri səsvermə ilə tutduğu vəzifədən azad ediblər (Yeri gəlmişkən, kooperativ üzvləri xatırladırlar ki, S.Ramazanovun MTK-ya sədr “seçilməsi” də “özünəməxsus” tərzdə olmuşdur. O, payçıların yığılaraq ona sərbəst şəkildə səs verəcəyini gözləməyərək, özü əlində protokol qapı-qapı gəzərək imzalarını toplamış, yaxud da onlara rast gəldikcə üz vurub qol çəkdirmişdir.
Sənədlərin və binaya aid möhürün təhvil-təslim zamanı məlum olub ki, binaya və ümumi sahə yə aid olan texniki pasport və kooperativin nizamnaməsi guya itirilib. Eyni zamanda təhvil alınan möhür «Müəllimlər» MTK-nın möhürü yox, «Müəllim» mənzil istismar kooperativ möhürü kimi qeyd olunmuşdur. Möhürü dəyişdirməklə, müəssisənin təşkilati-hüquqi formasını qanunsuz olaraq dəyişib – Mənzil-Tikinti Kooperativini (MTK) döndərib Mənzil-İstismar Kooperativi (MİK) edib. Bu isə həm də o deməkdir ki, bu illər ərzində Ramazanov Səfər tərəfindən sakinlərə verilmiş yaşayış yeri üzrə arayışlar saxta möhürlə verilib. Vergilər Nazirliyinə, icra hakimiyyətinin kooperativlər üzrə idarəsinə və Ədliyyə Nazirliyinə ünvanlanmış sorğulara rəsmi cavabda bildirilir ki, həmin möhür heç bir dövlət qurumunda qeydiyyatdan keçməyib. Belə çıxır ki, Ramazanov Səfər Müslüm oğlu illər boyu vergilər orqanına heç bir rüsum ödəməyib.
Sakinlər bildirir ki, həmin məsələdən Nəsimi rayon prokurorluğuna, Bakı şəhər prokurorluğuna şikayət verilib. Lakin cinayət təqibi orqanı mübahisəni yalnız mülki iş kimi qiymətləndirib, məhkəmə müstəvisində baxılmasını tövsiyə etməklə kifayətlənib.
2018-ci ilin oktyabrında sakinlərin Nəsimi rayon məhkəməsinə iddia ərizəsi üzrə işə baxılıb. Əmlak Komitəsinin səlahiyyətli nümayəndəsi məhkəmədə çıxış edərkən bildirib ki, 1965-ci ildə dövlət tərəfindən 188,3 kv.m sahəli zirzəminin tikintisinə büdcədən pul ayrılıb. Lakin bunu təsdiq edən heç bir sənəd məhkəməyə təqdim olunmayıb. Amma pay sahiblərinin təqdim etdikləri sənədlərə əsasən bina 1963-cü ildə inşa edilmiş, 1965-ci ildə isə sakinlərin istismarına verilmişdi. Necə ola bilər ki, hazır tikilmiş binaya sonradan dövlət tərəfindən pul ayrılır? Sakinlərin haqlı iddiası nədənsə məhkəmə tərəfindən ədalətlə araşdırılmayıb və iddia ərizəsi rədd edilib”.
Şikayətçilər eyni məsələ ilə bağlı “Qanun və Hədəf” qəzeti redaksiyasına göndərdikləri müraciətə isə məhkəmə materiallarını, aidiyyəti instansiyalarla yazışmalarını da qoşma etmişlər. Həmin sənədlərlə tanış olduqda mübahisənin indiyədək keçirilmiş məhkəmələrdə nəyə görə ədalətli həllinə nail olunmadığının səbəbi sezilir. Ancaq növbəti söz hələ ki Ali Məhkəmənin ixtiyarında olduğundan, həmin səbəbi hələlik dilə gətirmirik, onu tapmağı müşahidəli oxucuların öhdəsinə buraxırıq.
Birinci instansiya olan Nəsimi rayon məhkəməsi iddiaçıların cavabdehlər – “Müəllimlər” MTK-ya, Ramazanov Böyükağa Səfər oğluna, Ramazanov Səfər Müslüm oğluna, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə 2(006)-6007/2018 saylı, 28 dekabr 2018-ci il tarixli qətnaməsini çıxararkən nəzərə almamışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi – 98 ünvanda yerləşən 188, 3 kv. metr qeyri-yaşayış sahəsi kooperativ binanın tərkib hissəsidir və binanın digər istifadədə olan tərkib hissələri də olduğu kimi kooperativə məxsusdur. Həmin qeyri-yaşayış sahəsinin hansı əsasla dövlət mülkiyyətinə keçirilməsi araşdırılmamış, bu barədə məhkəməyə vəsatət verilsə də, məhkəmə bu məsələnin araşdırılmasında maraqlı olmamışdır. Deyəsən, Ramazanovların yuxarıda sadalanan sərvəti Nəsimi rayon məhkəməsinin də gözünü qamaşdırmışdır. Şikayətçilərin vəkilinin həmin qeyri-yaşayış sahəsinin hansı əsasla dövlətin mülkiyyətinə keçirilməsi barədə sənədlərin surətlərini tələb etməsi barədə sorğusuna isə Əmlak Məsələləri Dövlət Komitəsindən imtina cavabı verilmiş, bunun yalnız məhkəmə qərarı ilə mümkün olması bildirilmişdir. Cavabdeh Səfər Ramazanov isə yuxarıda qeyd edildiyi kimi, kooperativin sədri vəzifəsini icra edərkən təsis sənədlərini (nizamnamə, texniki pasport və s.) ələ keçirmiş və sonradan heç kimə təqdim etməyərək, itirdiyini bildirmişdir. Belə ki, kooperativin nizamnaməsində sözügedən qeyri-yaşayış sahəsinin kooperativə məxsus olması, həmin sahəyə sahiblik, istifadə və sərəncam verilməsinin yalnız kooperativ üzvlərinin razılığı ilə mümkün olması öz əksini tapıbmış. Bu xüsusat kooperativin yaradılmasında iştirak edən köhnə sakinlərə yaxşı məlumdur. Şikayətçilərin kooperativin nizamnaməsini arxivdən əldə etmək məqsədilə müxtəlif sorğuları yenə də cavabsız qalmış, məhkəmə isə yenə də bu məsələni araşdırmaq istəməmişdir. Sonradan şikayətçilər çoxsaylı müraciət və səylərinin nəticəsi olaraq kooperativin tikintisinə torpaq sahəsinin ayrılmasına dair 12 yanvar 1963-cü il tarixli qərardan çıxarışı və tikinti pasportunun surətini arxivdən əldə etməyə nail olsalar da, lakin həmin vaxt artıq iş üzrə qətnamə elan edilmiş olub.
Yeri gəlmişkən, “Müəllimlər” kooperativinin üzvlərinə onun əmlakının hərraca çıxarılması barədə heç bir bildiriş verilməyib, hər hansı formada razılıq alınmayıb. Yox, imanımızı yandıra bilmərik. Səfər Ramazanov istisna edilib, iş yalnız onunla görülüb. ƏMDK “Müəllimlər” Koopereativinə məxsus əmlakı Kooperativin digər üzvlərinə məlumat vermədən Böyük Ağa Ramazanova satıb. Kooperativin ümumi paylı mülkiyyət əsasında mülkiyyətçilərə məxsus əmlakını qeyri-qanuni hərraca çıxarıb. Səfər Ramazanov isə bilə-bilə həmin əmlakı əsassız varlanma, gəlir əldə etmək məqsədilə, kooperativin sədri vəzifəsini icra etməsindən və möhürün onda olmasından istifadə edərək almış və oğlu Böyük Ağa Ramazanovun adına rəsmiləşdirmişdir.
Şikayətçilər Nəsimi rayon məhkəməsinin araşdırmadığı bu sadalanan halları Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verdikləri birinci apellyasiya şikayətində qeyd edərək, rayon məhkəməsinin 28 dekabr 2018-ci il tarixli məlum qətnaməsinin qanunsuz və əsassız hesab etdikləri üçün ləğv edilməsini və iddialarının təmin edilərək, alqı-satqının etibarsız hesab edilməsi və Səfər Ramazanovun adına verilmiş çıxarışın ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(006)-6007/2018 saylı qətnaməsini ləğv edir, amma eyni zamanda iddiaçıların MTK-ya, Ramazanovlara və DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması barədə iddiasını da təmin etmir.
İndi isə gəlin görək nəyə görə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməyə əsas saydığı apellyasiya şikayəti dəlillərini iddianın təmin edilməsi üçün yetərli hesab etməyib: Apellyasiya məhkəməsi hesab edib ki, cavabdeh tərəflərdən biri kimi ƏMDK deyil, ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi olmalı imiş. Hansı ki, iddiaçı tərəfindən tələb ona yönəlməyib və Mərkəz cavabdeh qismində işə cəlb edilməyib. Bakı Apellyasiya Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(103)-4873/19 saylı qətnaməsindən oxuyuruq: “...Mülki Prosessual Məcəllənin 387.2 və 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir”.
Apellyasiya instansiyası məhkəməsi həmçinin vurğulayır ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etməsə də, yuxarı instansiya məhkəməsi tərəfindən həmin şəxslərin hüquq və vəzifələrinə dair məsələnin həll edilməsi qaçılmaz ola bilərdi. Bununla əlaqədar, birinci instansiya məhkəməsi prosessual fəallıq prinsipindən istifadə edərək iddiaçıya iddiaya cavab verməli olan başqa cavabdehin cəlb edilməsinin zəruri olduğunu təklif etməmiş və bu barədə onun razılığının olub-olmamasını aydınlaşdırmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə (yəni, ƏMDK-ya – red.) qarşı verildiyindən və iddiaya cavab verməli olan bütün şəxslər (o cümlədən, ƏMDK yanında Auksion Mərkəzi-red.) cavabdeh qismində cəlb edilmədiyindən apellyasiya şikayətində göstərilən digər dəlillərin yoxlanılmasına lüzum yoxdur.
Nə isə, iddiaçılar bu mərhələdə “Pirr qələbəsi” ilə - Nəsimi rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi ilə kifayətlənib apellyasiya qətnaməsindən Ali Məhkəmənin Mülki Kollegiyasına şikayət verməyiblər. Onlar Nəsimi rayon məhkəməsinə etdikləri ikinci müraciətdə ƏMDK-nin özünü də, iki qurumunu (ƏMDK yanında 1 saylı Bakı Ərazi İdarəsini və ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzini – red.) da cavabdeh kimi göstəriblər. Buna baxmayaraq, Nəsimi rayon məhkəməsi işi ədalətli araşdırmaq əvəzinə, iddiaçıların boynuna minnət də qoyub: “...Məhkəmə iş materiallarında olan rəsmi sənədlərdə iddiaçıların yaşadıqları binanın kooperativ bina olmasının qeyd edilməsinə baxmayaraq onları “Müəllimlər” MTK-nın üzvləri kimi deyil, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 98 saylı kooperativ binanın sakinləri kimi irəli sürdükləri tələblərə qiymət verir”. İstər-istəməz belə yəqin hasil olur ki, bu cümlə iddiaçıları paylarına əl qoyulmuş payçılar statusundan məhrum etməyə hesablanıb.
Bundan başqa, Nəsimi rayon məhkəməsinin istinad etdiyi bir məqam da ƏMDK-nın “Mülkiyyət” qəzetində verilmiş hərrac elanında sözügedən əmlakların balans saxlayıcısı kimi Bakı şəhər İcra Hakimiyyətinin, İcra Hakimiyyəti Başçısı aparatı MKTD və Nəsimi rayon MKTB olduğu barədə qeydlərdir. Halbuki, məhkəmədə nəzərdən keçirilmiş iş materiallarında olan Nəsimi rayon MKTB-nin 04.06.2019-cu il tarixli 0/273 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi-98 saylı bina “Müəllimlər” MTK-ya məxsusdur və həmin bina Nəsimi rayon MKTB-nin balansında deyildir. Nədənsə, məhkəmə bu xüsusatın üzərində dayanmayıb. Əvəzində MTK barədə Ədliyyə Nazirliyində və Vergi orqanlarında məlumatların olmamasını qabardıb.
Məhkəmə iclaslarında iddiaçılar tərəfindən dəfələrlə vəsatətlər qaldırılmışdır ki, sözügedən sahələrin dövlət əmlakı olması barədə registrə qeydə almağa əsas olan sənədlər məhkəməyə təqdim edilsin. Lakin cavabdehlər tərəfindən bu sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu sənədlərin zəruriliyi ondan ibarət idi ki, dövlət 1962-ci ildə istismara qəbul edilmiş kooperativ binasındakı özünə aid olan sahələri nəyə görə məhz 2017-ci ildə registrə saldırmışdır və necə olur ki, balans saxlayıcısı olan Nəsimi rayon MKTB öz sərəncamında olan əmlakdan xəbərsiz olur və hərraca əmlak veriləndə balans saxlayıcısının razılığı alınmamışdır? Bundan başqa, məhkəmə öz qətnaməsində vurğulayır ki, registrdən çıxarışa əsasən kooperativ binanın yarımzirzəmi və zirzəmisindəki qeyri-yaşayış sahələri dövlət vəsaiti hesabına inşa edilməklə dövlət mülkiyyətində olmasına dair dövlət əmlakının registrində qeydiyyat mövcuddur. İş materiallarında sözügedən registrdən çıxarışın surəti var. Həmin çıxarışın əmlak haqqında məlumat hissəsində sözügedən sahələr kooperativ binanın qeyri-yaşayış sahəsi kimi vurğulanıb və dövlət tərəfindən inşa edilməsi, dövlət mülkiyyətində olması haqda registrdə hər hansı bir qeydlər mövcud deyildir. Məhkəmənin həmin yarımzirzəmi və zirzəminin dövlət vəsaiti hesabına inşa edilməsi barədə məlumatı haradan əldə etdiyi məlum deyildir.
Əlqərəz, sonucda Nəsimi rayon məhkəməsi özünün 28.11.2019-cu il tarixli 2(006)-5242/2019 saylı qətnaməsi ilə tələbə dair iddianı yenə rədd etmişdir.
Lakin iddiaçıların Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ikinci müraciətləri gözlədikləri nəticəni vermişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. İş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab etmişdir ki, apelyatorlar tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən bir sıra halları araşdırmadığını qeyd edən apellyasiya instansiyası məhkəməsi AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə göndərmiş olduğu sorğuya aldığı cavab məktubuna istinad etmişdir: “...Məktub və ona qoşma edilmiş əlavədən görünür ki, “Müəllim” (“Uçitel”) MTK-nın sədri Mirzəliyev 1`5.12.1993-cü il tarixdə Bakı şəhəri Baş Memarlıq və Şəhərsalma İdarəsinin müdiri E.Qasımzadəyə müraciət edərək, Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi-98 saylı evdə 635-ci məhəllədə yerləşən “Uçitel” Kooperativinin yaşayış binasına məxsus 612 nömrəli pasportun itdiyini nəzərə alaraq onun təkrar surətinin çıxarılaraq verilməsini xahiş etmişdir. İddiaçılar tərəfindən kollegiyaya təqdim edilmiş 612 nömrəli texniki pasportun əslindən görünür ki, qeyd olunan ünvanda 635 kv.metr torpaq sahəsi binanın inşa edilməsi üçün “Müəllim” (Uçitel”) MİK-ya verilmişdir. Həmin texniki pasport müvafiq qaydada dövlət qurumu tərəfindən təsdiq edilmişdir. Bundan başqa, kollegiyanın sorğusuna əsasən, məhkəməyə təqdim edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-44/2017 və MXMT(81)-62/2017 saylı işlərin materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, mübahisəli bina “Müəllim” (Uçitel”) MİK-ya məxsusdur. Həmin işlər üzrə iddialar cavabdehin atası, MİK-nin sədri S.M.Ramazanov tərəfindən qaldırılmışdır. Bundan əlavə, iddiaçılar tərəfindən kollegiyaya təqdim edilmiş arayışların əsillərindən görünür ki, bütün arayışlar MİK-nin sədri S.M.Ramazanov tərəfindən imzalanmış və MİK-nin möhürü ilə təsdiqlənmişdir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən “Müəllim” (Uçiyel”) MİK-nin mövcud olmaması barədə gəldiyi nəticə düzgün deyil.
Kollegiya həmçinin ƏMDK-nə də sorğu göndərərək registrin verilməsinə əsas olmuş sənədləri məhkəməyə təqdim edilməsini tələb etmişdir. Lakin cavab olaraq Komitədən bildirilmişdir ki, arxiv materiallarında belə bir sənəd aşkar edilməyib.
Kollegiyanın inandığı bir başqa sənəd də Bakı ŞİH başçısı Aparatı Mənzil-Kommunal Təsərrüfatı Depaartamentinin 25.05.2009-cu il tarixli məktubudur. Həmin məktubla təsdiqlənir ki, bina məhz “Müəllim” MİK-nin üzvlərinin vəsaiti hesabına tikilmişdir. Binanın özülünə aid texniki zirzəmi ümumilikdə mənzil-tikinti kooperativi fondunu təşkil etməklə ayrılmaz daşınmaz əmlakı kimi binanın ümumi balansında oturur.
Beləliklə, kollegiya apellyasiya şikayətini təmin etmiş, Nəsimi Rayon məhkəməsinin 28.11.2019-cu il tarixli, 2(006)-5452/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, ƏMDK ilə Ramazanov Böyük Ağa Səfər oğlu arasında bağlanmış 29.11.201`7-ci il tarixli 3739 saylı müəssisənin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə 10.11.2020-ci il tarixli 2(103)-3592/2020 saylı qətnamə qəbul etmişdir.
Payçıların redaksiyamıza verdikləri məlumata görə, qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən AR Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Apellyasiya instansiyasında aşkar məğlubiyyətdən sonra Ramazanovların haqsız mövqeyini müdafiə etmək fikrinə düşəcək hər hansı bir hakimin əlində istifadə edəcəyi artıq heç nə qalmayıb. Bir o qalıb iddia edilsin ki, “Müəllim” başqa, “Uçitel” başqa.
Özünün, bioloji və hüquqi varisi olan oğlunun maddi marağı üçün qonşularına kələk gəlmiş Səfər Ramazanovun hərəkətlərinə lazımi hüquqi qiymət verilməmiş, cinayət tərkibli qanunsuz əməllərindən irəli gələn mübahisəyə yalnız mülki iş kimi baxılmış, aşkar cinayəti (varlanmaq məqsədilə başqasının əmlakını ələ keçirmə, saxta möhür və sənəd hazırlama, vəzifə səlahiyyətlərindən sui-istifadə) ortada ola-ola, barəsində cinayət işi açılmamışdır. Halbuki, eyni əməllər üzrə son illərdə xeyli sayda başqa şirkət sahiblərinə, MTK rəhbərlərinə cinayət işləri açılmışdır. İnternet resurslarında kifayət qədər belə məlumatlar vardır. Görünür, Ramazanovlar da gec-tez məsuliyyətə cəlb olunacaqlarını nəzərə alaraq, “qara məni basınca, qoy qaranı mən basım” prinsipi ilə, “ən yaxşı müdafiə hücumdur” taktikasını seçmişdir. Yoxsa, çəkişmədə aşkar məğlub olacağını bilə-bilə Ali Məhkəməyə müraciət etməzdilər.
Pünhan Şükür