İran prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək
İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi noyabrın 12-də Ər-Riyadda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək.
Yenixeber.org xəbər verir ki, toplantının gündəmi İsrail və HƏMAS arasındakı müharibə olacaq.
Bu, iki dövlət arasında 2023-cü ilin yazında səkkiz il əvvəl kəsilmiş diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəldikdən sonra İran liderinin Səudiyyə Ərəbistanına ilk səfəri olacaq.