Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ukrayna üçün Koreya ssenarisi... -Bolton açıqladı

15 avqustda Alyaskada 2019-cu ildən bəri ilk dəfə ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş baş tutacaq. Təcrübə onu göstərir ki, belə görüşlərə Tramp adətən hazırlıqsız gəlir. Putin isə əksinə həmişə ciddi şəkildə hazırlaşır.

Yenixeber.org: Bu sözləri "Teleqrаf" qəzetinə verdiyi müsahibədə Trampın birinci administrasiyasında ABŞ prezidentinin sabiq müşaviri Con Bolton bildirib.

Bolton qeyd edib ki, Tramp belə görüşlərə sadəcə "fikir mübadiləsi" kimi baxıb, danışıqlar aparmayacağını düşünə bilər. Lakin əslində bu reallıqda eynidir və danışıqlardır. Həmçinin, Putin Ukraynada atəşkəsə razılıq verə bilər. Amma əsas məsələ hansı şərtlərlə razılıq verməsidir.

"Əgər atəşkəs mövcud təmas xətti boyunca baş verərsə və sonra danışıqlar başlayarsa, bu, Ukrayna və Rusiya arasında yeni sərhədə çevrilə bilər. 1953-cü ildə Koreya müharibəsində atəşkəs danışıqlarından sonra olduğu kimi... O vaxtdan bəri bu, Şimali və Cənubi Koreya arasında sərhəd olaraq qalır.

Aydındır ki, Ukrayna baxımından bu yaxşı nəticə olmayacaq", – deyə Bolton fikirlərini bölüşüb.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam