Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Paşinyan yenə də sülhdən danışdı:Əsas vəzifəmiz sülhə nail olmaqdır...

 

"Ermənistanın qarşısında duran əsas vəzifə regionda uzunmüddətli sülhə nail olmaqdır, Qərbdən hərbi bazalar açmağı, silah-sursatla təmin etməyi tələb etməməkdir".

Yenixeber.org xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Wall Street Journal -a müsahibəsində deyib .

Paşinyan Ermənistan və Rusiya arasındakı tarixi əlaqələrə dair suala cavab olaraq, ilk növbədə diqqəti “Türkiyə və Azərbaycanla tarixən daha uzun qonşuluğa” yönəltməyə çağırıb."Bütün suallar və cavablar buradadır. Biz ilk növbədə regionda münasibətləri yaxşılaşdırmaq üçün çalışmalıyıq", - Ermənistan hökumətinin başçısı bildirib.
O qeyd edib ki, yaxın aylarda Azərbaycanla sülh sazişinin imzalanmasının mümkünlüyünə nikbin yanaşır.

Baş nazirin qeyd etdiyi kimi, regionun gələcəyi uzun illərdir bağlı olan sərhədlərin və ticarət yollarının, o cümlədən Ermənistanın suverenliyinə hörmət şərti ilə Azərbaycan və Türkiyə arasında Ermənistan vasitəsilə quru əlaqəsinin açılmasındadır.

"Təhlükəsizliyə təkcə ordunun köməyi ilə deyil, həm də regionda sülhün bərqərar olması ilə nail olmaq olar", - Paşinyan bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam