Ukraynanın da itkiləri artır-SİYAHI
Rusiya müharibənin 607-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 508 təyyarəsi, 253 helikopteri, 8176 PUA-sı, 441 zenit-raket kompleksi, 12 882 tank və digər zirehli texnikası, 1169 reaktiv yaylım atəş sistemi, 6853 artilleriya və minaatanı, 14 583 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.