HƏMAS-ın girov götürdüyü şəxslərin sayı AÇIQLANDI
Qəzza zolağının HƏMAS partiyasının hərbi qanadının hücumu nəticəsində 212 nəfər girov götürülüb.
Yenixeber.org: Bu barədə məlumatı İsrail Müdafiə Ordusunun nümayəndəsi Daniel Hagari açıqlayıb.
Onun sözlərinə görə, girov götürülənlərin ailələrinə bununla bağlı məlumat verilib.
İsrail Müdafiə Qüvvələri daha əvvəl HƏMAS-ın 200-dən çox adamı girov götürdüyünü bildirmişdi.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. İsrailin cavab əməliyyatı “Dəmir qılınclar” adlanır. Əməliyyatın məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib.