Ermənistan XİN: "Azərbaycandan sülh razılaşması layihəsi üzrə növbəti təkliflər paketi almışıq"
"Ermənistan Azərbaycandan sülh razılaşması layihəsi üzrə növbəti təkliflər paketi alıb".
Yenixeber.org xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan oktyabrın 20-də keçirdiyi brifinqdə deyib.
"Biz Azərbaycan tərəfdən təkliflər almışıq. Ancaq hələ ki tərəfimizdən yazılı cavab göndərilməyib, müzakirələr davam edir”, - o bildirib. (TASS)