Türkiyədə 3 günlük matəm elan olundu -Qəzzaya görə
İsrailin Qəzzada xəstəxanaya hücumundan sonra Türkiyədə 3 günlük milli matəm elan edilib.
Yenixeber.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə AK Partiya Qrup sədr müavini Özlem Zengin məlumat yayıb.
Zengin bildirib ki, Türkiyə prezidentinin sərəncamı ilə 3 günlük milli matəm elan edilib.