Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

UNUTQANLIĞIMIZ:BİR AYRILIQ, BİR ÖLÜM HEÇ BİRİSİ OLMAYAYDI

UNUTQANLIĞIMIZ:

 

Yenixeber.org:  Hörmətli oxucular publisistika ilə məşğul olanlara “Kim üçün yazırsınız”(“Xeberinfo.com”19.05.2016-cı il) kimiyığcam qeydlər edib yazanları bir qədər tənqid etmişdim. İstəyirdim ki, onlar oxucuların diqqətini cəlb edən  mövzular üzərində məsuliyyətlə işləyib maraqlalanları özlərinə cəlb etsinlər, həm də gizlində qalan mətləblərdən oxucular xəbər tutsunlar.Bu dəfəki publisistikam isə əvvəlkinin əksinədir. Yəni oxucular heç də ən ciddi yazılanlara həmişə diqqətli olmurlar,- kimi fikrimlə oxucuları tənqid etməyi özümə borc bildim.

Saytlarda yazılan yazıların sonunda “oxunub”, qarşısında   saytda dərcin tarixi və sonda yazının müəllifi göstərilir. Mən həmişə kompüterin qarşısında əyləşib qrafaladığım səhifədə kompüterdə dərc olunmuş  yazımın tarixini və oxucunun sayını izləyirəm.

Oxucuları diqqətlərindən ayırmayıb yazımla bağlı bir sıra həqiqətlərionların nəzərinə catdırmaq istəyirəm. Mən istəyirəm ki, düşüncəli hər bir insan ölüm görməsin. Ancaq xüsusi olaraq öz üzərində və şəxsi həyatında ölümü görməyən insan ölümün necə bir dəhşət olduğunu bilmir. 17 yaşımdan bəri dəfələrlə ölümlə qarşılaşmışam. Boğazım əzrayılın əlində olduğunu görmüşəm. 17 yaşımda sətəlcəmdən ağzımdan qan gəlmiş, tələbə olan vaxtımda ayağım döşəmədə sürüşüb sağ yanım üstünə döşəməyə zərblə çırpıldığımdan bütün günü özümdə olmamışam,sonralar vəzifədə olanda yaddaşım silinmiş (iri bir BAŞ idarədə baş mühasib vəzifəsində işləyənin yaddaşı itsin-dəhşətdir elə deyilmi?) və Əhmədli qəsəbəsində evə gələndə yolumu itirmişəm, ağır avtomobil qəzasına düşmüşəm, təqribən 60 yaşımda ağır cərrahiyyə əməliyyatına məruz qalmışam,77 yaşımda pilləkəndan üzüaşağı yıxılıb yenidən ağır cərahiyyə əməliyyatına möhtac olmuşam. Hər dəfə cıxılmaz vəziyyətə düşdüyümdən ağrıdan gözümün yaşı qurumurdu.Bütün bunlar azi imiş kimi böyük oğlumu 1- ci Qarabağ müharibəsinə apardılar. Düşünürdüm ki, görəsən müharibədən salamat qayıdacaqmı? (İndi böyük oğlum Müharibə veteranı kimi ayda 45 manat məbləğdə “Böyük” təqaüd sahibidir) Bəli əzrayıl məni daim təhdid edirdi, ancaq Tanrı məni əzrayılın əlindən alır və yaşadırdı.

Övladlarımın Anası isə yenicə gəlin gələndə arabir aglayıb -Atam salamat imiş .Onu Türkiyədə görublər,- deyirdi. O vaxt Məmməd Əmin Rəsulzadə 1941-1945-ci il BVM də əsir düşən Azərbaycanlıları Almaniyadan gətirib Türkiyədə yerləşdirmişdi. Əsir düşənlərin Azərbaycana gəlməsi güllələnməilə nəticələnirdi. Hər dəfə O, Atası üçün ağladıqca mən varımdan yox olurdum. Körpələrimiz böyüyəndən sonra bir növ təsəlli tapdı və daha ağlamadı. Kicik oğlumu isə varlı quduzlar respublikadan didərgin etdilər. Bu gün də bilmirəm ki, dəqiq o, harda yaşayır. Dörd aydan bir məlum olur ki, salamatdır.Dolanışıq uüzündən ailəsi dağıldı və bircə 9 yaşında qızı Anası ilə birlikdə Qazax şəhərindəki nənəsinin yanında yaşayası olublar.

Keçirdiym həyat tərzimdə mənim göz yaşım qurumur, əzablarım azalmır. Dayımın 18 yaşında qızı, ortancıl bacımin 9 yaşında qızı, 9 aylığında kicik qardaşımın dünyalarını dəyişmələri və Mələk adındatəkcə qız nəvəmin bizdən və atasından ayrıdüşməyi gecələr yatağa girəndə məni ağladır.Deyilib:Bir ayrılıq, bir də ölüm heç birisi olmayaydı.

 

Kəm baxarlıq, bircə özüm düşüncəsi olmasaydı,

Unutqanlıq, zülmə dözümacizliyi olmasaydı,

Anlamazlıqsiyasətdə,   vecsizliyi olmasaydı,

Kəmsavadlıqvəzifədə,    zibilliyi olmasaydı,

Xocalıda qtlimanlar yaradıla bilərdimi?

 

Amansızlarbarbarlaracəlladlığısatmasaydı,

Sarı başlar baş kəsəni sevib dayaq durmasaydı,

Pul qapanlar  xarabları ətrafına yığmasaydı,

Xaç qəddarlar,şər dəstəsi insan qanı sormasaydı,

Xocalıda müsibətlərtarixlərə düşərdimi?

 

Səcərəsi nəməlumlar millət olur Qarabağda,

Əsli nəsli bilinməzlər sərbəst yatır Ulu dağda,

Əsləhəsi pulsuz gələr aşnası var şimalyanda,

Harayına Olland yetər dayağı var Vatikanda,

Hər növ çirkin əməllər də düşüb, gəzər tarixlərdə.

        x                     x                      x

Yüz il vardır işğalçını qısqırırlar üstümüzə,

Haqq qalıbdır bir kənarda baxan yoxdur sözümüzə.

Xocalıda qan tökülür, insan ölür görən yoxdur,

BeMeTesi qərar verir  icra üçün qeyrət yoxdur.

Dörd qərarı lal-kar olub hərəkətsiz yatıb qalıb,

Dindirəni buxarlanıb səmərəsiz çaşıb qalb.

Qarabağda silah susmur işğaıçılıq davam edir,

Xocalıda dərgah olmur talancılıq sərsəmgedir.

Bütün bu xatırlatmalarla oxuculara nə demək istəyirəm? Vaxtı ilə kiosklarda oxucular qəzetalışı növbəsinə durardılar.Metroda isə vətəndaşlar kitab və qəzet oxuyardılar. İndi vətəndaşlarımızda bu vərdişlər buxarlanıb.Bəs internetdən istifadə hansı vəziyyətdədir?

“Xeberinfo.com” saytında 25.02.2017-ci il tarixdə “Ermənilərin vəhşiliyini əks etdirən materiallar- Xocalı soyqırımı” və 04.03.2017-il tarixdə  isə “Azərbaycan “mükafat” olmayacaq” adında iki publisisitik yazım dərc olunubdur. Mart ayının 6-sı səhər-səhər kompüter ekranına baxanda mənə aydın oldu ki,”Azərbaycan “mükafat” olmayacaq” yazımı iki sutka ərzində 7101 oxucu mütaliə etdiyi halda,”Xocalı soyqırımı” yazımı on sutka ərzində 7101 oxucu mütaliə edibdir. Bu məni həm təəccübləndirdi, həm sarsıtdı.

Publisistika ilə məşğul olanlar yaxşı bilirlər ki,yazısı yazan üçün doğma balası qədər əzizdır və onu tam məsuliyyəti ilə işləryir, gərgin zəhmət hesabına başa gətirir.Mən ermənilərin vəhşiliyini əks etdirən həmin yazının əvvəlinə bir necə cümlə və sonun da təkliflərimi əlavə etmişdim.

Oxuculara çatdırmaq istəyirdim ki,ermənilərin bu vəhşiliyi onu sübut edir ki,onlar insan yox, İnsana bənzər vəhşi varlıqlarlardan törəmədirlər.Onlar əsir götürdükləri Xocalı körpələrinin başına ətrafı ilə birlikdə gətirdikləri müsibətlə“Miatsum”un müəllifi Zori Blayan və bu kimiləri kimdən və nədən əmələ gəldiklərini bilməyənlərdir.

Həmin informasiyanın yayılmasına can yanğısı ilə çalışan müəlliflərlə yanaşı saytlar da var güclərini sərf edirlər. Qoy oxumayanlar məndən inciməsinər.Biz müəlliflər bu kimi informasıyanı ona görə yayırıq ki, Xalqımızın başına Xocalı müsibətini gətirənləri yaxşı tanısınlar, gələcək nəsilə bu vəhşilikləri olduğu kimi çatdırsınlar və gənclərimizi mübariz ruhda tərbiyə etsinlər. Bu kimi hadisələrə qarşı laqeydlik və unutqanlıq həmin vəhşiliyin yenidən tərarlanmasına səbəb ola bilər. Ermənilərin vəhşiliyinin 20-ci əsrdə ikinci dəfə təkrar baş verməsinin başlıça səbəbi unutqan olmamızdadır.Bu ruhda yazılmış publisistikalara həmişə diqqətli olmaq lazımdır.Razılaşaq ki,unutqanlığımız bizim başlıca bəlamızdır.

                      

Quliyev Elxan Sarı o.                                  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam