“WhatsApp”da çoxdan gözlənilən yenilik
“iOS” əməliyyat sistemi üçün "WhatsApp" tətbiqində audio və video mesajların qeyd rejimləri arasında əl ilə keçid etməyə imkan verən yeni funksiya əlavə edilib.
Yenixeber.org -un məlumatına görə, tətbiqdə audio və video mesajlar üçün nişanların yerləşdiyi panel dəyişdirilib.
Tətbiqin yeni versiyasında mikrofon və ya kamera ikonasına kliklədiyiniz zaman istədiyiniz qeyd metodunu - audio və ya videonu əl ilə seçməli olduğunuz menyu görünəcək. Eyni zamanda, əvvəllər messencerin istifadəçiləri "ikona"nın üzərinə klikləməli idilər ki, o, audiodan videoya və geriyə keçsin.