Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əzizovların oxşar iş prinsipləri davam edir –Bu dəfə birgə

Yenixeber.org: Əmək fəaliyyətinə komsomol komitəsindən başlamış Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov işlərini 2000-ci ildən İcra Hakimiyyəti strukturlarında davam etdirmiş, 2000-2003-cü illərdə Bakı şəhəri Nizami rayon, 2003-2011-ci illərdə Gəncə şəhəri,2011-2015-ci illərdə Sumqayıt şəhəri, 2015-2018-ci illərdə isə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətlərinin başçısı vəzifələrində çalışmışdır. Komsomolun şinelindən çıxmış Eldar Əzizovun idarətmə sistemində vəzifəyə başlarkən müəyyən qədər də olsa təcrübəl topladığını demək olar. Amma Eldar Əzizov bu çoxillik təcrübəsini hansı istiqamətlərə yönəldib o,maraqlıdır. Elə Nizamidən başlayaraq başçılıq etdiyi bütün rayon və şəhərlərdə Eldar Əzizovun özündən sonra heç də yaxşı izlər buraxmadığı bu gün hamıya məlumdur. Bütün bunlar inkaredilməz fakrtlardır ki, Eldar Əzizovun icra başçısı olduğu bütün yerlərdə gördüyü işlər sonradan gələnlər tərəfindən yenidən qurulmağa başlanıb,rekonstruksiya olunub.

Təcrübəsi  2018-ci ilin noyabrında Bakı şəhər İcra Hakimiyyıtinin başçısı təyin edildikdən sonra da, bir çoxlarının düşündüyü kimi şəhər təsərrüfatının işində heç bir dönüş yaratmadı.Eldar Əzizov hələ Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini,İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edərkən özünə yaxın adamları artıq Bakı şəhər İcra Hakimiyyətinə toplamağa başlamışdı.Eldar Əzizov zaman-zaman ondan əvvəl Bakının rayon İcra başçıları işləyənlərlə də ümumi dil tapa bildi. Dil tapa bilmədiklərinə isə müşavirələrdə töhmət verərək,işlərində dönüş yaratmaları barədə xəbərdarlıqlar etdi,yola gətirdi. İndi Bakı şəhərinin inzibatı ərazisinə daxil bütün rayaon İcra Hakimiyyətlərinin başçıları baş İcra başçısının yaratdığı dönüşə üyğun olaraq çalışırlar.

Qohum olmasalar da soyadları eyni olan, Suraxını rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov isə şəhər meri Eldar Əzizovdan fərqli olaraq, idarəetmədən deyil, vəzifə başına biznesdən gəlib, 2006-cı ıldə birbaşa Cəlilabad rayon İcra Hakimiyyətinin başçılığına. Onun tərcümeyi-halında da icra başçısı təyin olunana qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu göstərilir. O vaxtlar,1996-2006-cı illərdə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əziz Əzizovun orta illik gəliri nə qədər olub, artıq müzakirə mövzusu deyil. Çünki keçmiş biznesmenin, indiki dövlət məmurunun hazırki aylıq gəlirləri keçmiş qazancını kölgədə qoyub, yaddan çıxarıb. Məlum olduğu kimi sahibkarlığın əhatə dairəsi çox genişdir və Əziz Əzizovun biznesin hansı sahəsində irəli getdiyi çox az adama bəllidir. Amma ölkə ictimaiyyətinə bəlli olan odur ki, Əziz Əzizov biznes şəbəkəsini daha çox məhz 2006-2018-ci illərdə, Cəlilabad rayon İcra Hakimiyyətinə başçılıq etdiyi dövrlərdə çiçəkləndirib.

Əziz Əzizov hazırda Bakının ən böyük rayonlardan birinə,Suraxanıya başçılıq edir. İnternet resusrsları üzərindən axtarış verərkən Əziz Əzizovun barəsində 12 noyabr 2019-cu ildən sonra ancaq Suraxanıda yaratığı narazılıqların sayını görmək olar. Ötən yazılarda da qeyd etdiyimi kimi ətrafında baş verənlərə,yəni həbs olunan İcra başçılarının aqibətinə baxmayaraq Əziz Əzizov bu gün də dövlət əmlakını asanlıqla alqı-satqı predmetinə çevirməkdən çəkinmir.

Həm də Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla birgə. Ona görə ki, Suraxanı rayon İcra Hakimiyyəti ərazidə torpaq sahələrinin satılmasına, yəni rəsmiləşdirilməsinə və tikinti işlərinin aparılmasına təkbaşına sənəd verə bilməz. Düzdür Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsinə birbaşa cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturuna daxil Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsidir. Hansı ki, bu qurum Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli Fərmanıa qədər Bakı şəhər İcra Hakimiyyətin strukturuna daxil idi. Artıq Bakı şəhərində tikintiyə icazəni şəhərsalma planlarına uyğun olaraq bəhs etdiyimiz idarə verir. Artıq klient ilə yerli İcra başçısı arasında alqı-satqı baş tutduqdan sonra. Amma bu o demək deyil ki, Bakı şəhər İcra Hakimiyyəti bir üst orqan olaraq sənədləşmələrdən kənarda qalmışdır. Paytaxt ərazisində baş verən bütün yenidənqurma, təmir-tikinti və abadlaşdırma işlərinə Bakı şəhər İcra Hakimiyyəti cavabdeh olduğu kimi, aparılan bütün digər təyinatlı işlərə də sözügedən qurum birbaşa məsuliyyət daşıyır.

Eldar Əzizov Nizami rayonu,Gəncə və Sumqayıt şəhərləri,Səbail rayonunda olduğu kimi, Əziz Əzizov isə Cəlilabad və Yasamal rayonlarında olduğu kimi köhnə əməllərini davan etdirlər. Əziz Əzizov indi də Yeni Suraxanıda Samir Əliyev küçəsində, 316 saylı tam orta məktəbin qarşısındakı boş torpaq sahələrini satmaqla məşğuldur. Bir müddət əvvəl ərazidə qanunsuz ticarət ovyektinin tikinti işlərinin aparılması barədə məlumat vermişdik. Əldə etdiyimiz ən son  məlumatlara görə sözügedən əraziyə yaxın digər torpaq sahələri də Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun şifahi göstərişi əsasında hansısa bir iş adamına verilib.Şübhəsiz ki, baş İcra başçısı Eldar Əzizovun razılığı ilə.

Aşağıdakı şəkillərdə gördüyünüz meyvə-tərəvəz yarmarkası Yeni Suraxanıda, Samir Əliyev küçəsində hələ ötən il Novruz bayramı ərəfəsində yerləşirilib.Əldə etdiyimiz məlumata görə bu yarmarka əraziyə müəyyən məqsədlər üçün qoyulub. Yəni yarmarkanın yeri artıq Əziz Əzizov tərəfindən satılıb.Əraziyə kənar adamların göz dikməməsi üçün işbazlar yarmaka çadırı qoyub güyü ucuz kənd təsərrüfatı məhsulları satırlar. Halbuku həmin yarmarkadan gün ərzində 10-15 nəfər ancaq alver edir.

Şəkillərdə gördüyünüz digər ərazilər isə keçmiş Binə və Sədərək ticarət mərkəzlərinin yerində çəkilən hasarlardır. Sözügedən ticarət mərkəzləri söküldükdən sonra ərazidə müxtəlif ağaclar əkilmiş,geniş yaşıllıq zolaqları yaradılmışdı. Əziz Əzizov artıq həmin əraziləri də satışa çıxarıb və hazırda burada,ayrı-ayrı yerlərdə müxtəlif adamlar tikinti işləri aparırlar.

Bəs Suraxanı rayon İcra Hakimiyyəti digər qanunsuz tikililəri dayandırdığı,uçurduğu kimi bu yeni tikililərin qarşısını  nə üçün almır?  Ona görə ki, Suraxanıda torpaq alqı-satqısı zamanı bütün tikinti işləri üçün də İcra Hakimiyyətinə mütləq haqq verirlər. Məbləğ isə yerə və tikintinin ölçüsünə, təyinatına görə dəyişir. Bu tələbə əməl etmək istəməyənlərə qarşı xüsusi amansızlıq nümayiş etdirilir, polis qüvvələri səfərbər edilməklə buldozerlərlə tikililər sökülür, etiraz edənlər isə həbs edilir.

Suraxanı rayon İcra Hakimiyyətindən Bakı şəhər İcra Hakimiyyətinə olunan şikayətlər isə baxılmamış qalır. Çünki Əzizovlar birgə fəaliyyət göstərir. Göründüyü kimi,onların əmək fəaliyyətinə başlamaları,təcrübələri fərqli olsa da,iş prinsipləri eynidir.Onlar əvvəllər ayrı-ayrı rayonlarda alqı-satqı işlərinə nəzarət ediblər. İndi isə bir cəbhədə birləşiblər. Eldar Əzizov başda olmaqla.

aktualinfo.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam