Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Astara və Lerik meşələri kütləvi şəkildə qırılır – Sakinlər nazir müavinini ittiham edir/FOTOLAR

 

      Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin qorumalı olduğu meşələrdə kütləvi qırıntılar var.

Yenixeber.org: Nadir ağac növləri ilə zəngin meşələrin işlik material üçün məhv edildiyi yerli sakinlərin redaksiyamıza göndərdiyi görüntülərdə əksini tapıb.

Sakinlər iddia edir ki, son meşə qırıntılarını Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun tapşırığı ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində baş mühafizə mühəndisi vəzifəsində çalışan Sərraf Quliyev həyata keçirib. Ali təhsili olmayan Sərraf Quliyevin mərkəzdə əsas söz sahibi olduğu yayılan məlumatlar sırasındadır.

Ən çox qırıntının Astaranın Əsxənəkəran meşəbəyliyinin 2 və 3 saylı meşə dolayları, Lerikin Razvondaband meşəbəyliyinin 18 saylı meşə dolayında qeydə alındığı bildirilir.

Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev qeydə alınan qırıntılarla bağlı adekvat tədbirlər görəcək.

Meşə qırıntılarının bir hissəsini təqdim edirik:(aztoday.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam