Kəlbəcər rayonu ərazisində yerləşən “Dəmirli” mis-molibden yatağında uzun illər qanunsuz fəaliyyətlə məşğul olan “Base Metals” şirkətinə məxsus tikililərin hərbi məqsədlər üçün istifadə olunduğu müəyyən edilib.
Yenixeber.org: Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, əraziyə baxış keçirilərkən adıçəkilən şirkətin obyektlərində yaradılmış anbarda külli miqdarda silah və sursat aşkar olunaraq götürülüb.