Ərdoğan bu ölkələrə səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti həftə Hindistana səfər edəcək.
Yenixeber.org: Dövlət başçısı bu ölkədə keçiriləcək Böyük İyirmilik (G20) ölkələri qrupunun toplantısına qatılacaq.
Ayın sonunda isə Türkiyə lideri ABŞ-yə yollanacaq. BMT Baş Assambleyasının iclasında iştirak edəcək. R.T.Ərdoğan həmçinin ikitərəfli görüşlər keçirəcək.