Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ukrayna ordusu Rusiya müdafiəsini yarmağa yaxındır -"...Bu, Kurskdur”

ABŞ və Ukrayna generalları telefonla danışdı 

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı əks-hücumun “ləng tempini” şərh edərkən amerikalı rəsmilərə Ukrayna qüvvələrinin cəbhəni yarmağa hazır olduğunu açıqlayıb.

Yenixeber.org: Bu barədə 

“The Wall Street Journal” adı çəkilməyən amerikalı məmura istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ və Ukrayna rəsmiləri bir neçə həftədir ki, Kiyevin əks-hücumunun strategiyası və taktikası ilə bağlı gərgin pərdəarxası müzakirələr aparırlar. Amerikalı hərbçilər ukraynalıları Rusiya müdafiəsini yarıb Azov dənizinə çatmağa çalışmaq üçün qüvvələrini cəmləşdirməyə çağırıb.

Adı açıqlanmayan məmurun sözlərinə görə, amerikalılarla söhbətlərinin birində Valeri Zalujnı belə cavab verib: “Siz bu münaqişənin təbiətini başa düşmürsünüz”.

“Bu, üsyançılara qarşı mübarizə deyil. Bu, Kurskdur”, - komandir Almaniya və SSRİ arasında İkinci dünya müharibəsinin əsas döyüşünə toxunaraq əlavə edib.

Nəşrin mənbəsinə görə, ABŞ-nin Ukraynaya verdiyi hərbi texnikanın həcmi (43 milyard dollardan çox silah ayrılıb) bu ​​hücum üçün yetərlidir və çətin ki 2024-cü ildə eyni səviyyədə qalsın.

“Biz bu polad dağını əks-hücum üçün yaratdıq. Bunu təkrarlaya bilmərik”, - keçmiş ABŞ rəsmilərindən biri vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam