Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Qonşu ölkədə həkim qıtlığı yaşanır

İran həkim qıtlığı problemi ilə üzləşib
Son vaxtlar ölkədə yaşanan proseslər fonunda əksər peşəkar həkimlərin xaricə üz tutması İranın səhiyyə sahəsində ciddi kadr çatışmazlığı problemi yaradıb.
Yenixeber.org: İranın Tibb sisteminin Ali Şurasının üzvü Behnam Abbasiyan səhiyyə siyasətinin dəyişməyəcəyi halda, yaxın vaxtlarda Əfqanıstan və Pakistan kimi qonşu ölkələrdən həkim və diş həkimlərinin işə götürülməsinin lazım gələ biləcəyi barədə xəbərdarlıq edib.
O, İbrahim Rəisi hökumətini səhiyyə və müalicə sektorunda apardığı yarıtmaz siyasətdə, iranlı həkim və stomatoloqları dəstəkləməməkdə günahlandırıb.
“Səhiyyə nazirliyi stomatoloqların işdən kənar vaxtlarda işləməsinə mane olur. İndi, əlverişsiz ərazilərdə işləyən diş həkiminin aldığı maaş ayda 12 milyon tüman civarındadır, amma diş həkiminin ev və ofis kirayələyib dolanışığını təmin etmək üçün ən azı 40-50 milyon tümən olmalıdır”, Abbasiyan deyib.
Yeri gəlmişkən, bir neçə gün əvvəl İranın tibb sisteminin rəhbəri tibb ictimaiyyəti tərəfindən “iş miqrasiyası və xaricə miqrasiya” ilə bağlı xəbərdarlıq edərək, “həkimlərin boşaldılmasını” ölkənin “ciddi” böhranı adlandırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam