İyul ayında Türkiyədə ən çox mənzil alanlar arasında Azərbaycan 7-cidir
Türkiyədə iyul ayında ən çox mənzil, ev alan xarici ölkə vətəndaşları arasında Azərbaycan 7-ci yerdədir.
Yenixeber.org: Bu barədə “Haberler” məlumat yayıb.
Bildirilib ki, birinci yerdə Rusiya vətəndaşları gəlir. Onlar iyulda 772 ev alıblar. İkinci yerdə 272 evlə İran, üçüncü pillədə isə 204 evlə İraq qərarlaşıb.
Sonrakı yerləri Ukrayna (146 ev), Qazaxıstan (113), Almaniya (96), Azərbaycan (74), Küveyt (74), Səudiyyə Ərəbistanı (64), ABŞ (62), Böyük Britaniya (54), Əfqanıstan (53), Misir (51), Çin (39), Özbəkistan (36), Yəmən (36), Kanada (34), İordaniya (31), Pakistan (30) və Livan (29) bölüşürlər.