Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Şoyqu:"Ukraynanın hərbi resursu demək olar ki, tükənib"

Kiyevin hərbi resurs ehtiyatları praktiki olaraq tükənib. Qərb ölkələrinin hərtərəfli yardımına baxmayaraq, Ukrayna Silahlı Qüvvələri (APU) nəticə əldə edə bilmir.
Yenixeber.org:  Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Beynəlxalq Təhlükəsizlik üzrə XI Moskva Konfransında deyib.
"Buna misal olaraq reklam edilən strateji əks-hücum əməliyyatını göstərmək olar. Döyüş əməliyyatlarının ilkin nəticələri göstərir ki, Ukraynanın hərbi resursu tükənib”, - deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ Kiyevi dəstəkləmək şüarı altında “dünyadakı tərəfdaşlarının hərbi arsenallarını təmizləyir”, amma faktiki olaraq bazarı özünün hərbi sənaye kompleksinin məhsulları üçün hazırlayır. Şoyqu əlavə edib ki, yeni silahlar üçün tərəfdaşlar təhlükəsizlik sahəsində suverenliyi məhdudlaşdırmağa razılıq verməlidirlər.
“Avropa nümunə ola bilər, burada müdafiə siyasəti Vaşinqtonun maraqlarına tamamilə tabedir”, - nazir bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam