Bakı qorabişirən ayın məngənəsində:Şəhərin yay günləri FOTOLARDA
Yay ayları Bakıda, adətən, isti keçsə də, hər il xüsusilə avqust ayını sakinlər əvvəlki illərdən daha qızmar sanırlar.
Yenixeber.org: Bəzən onların bu qənaətlərini rəsmi məlumatlar da təsdiqləyir.
Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın maksimal temperaturu avqustun 11-də Bakıda iqlim normasından 5,2 dərəcə yuxarı olub.
“Qorabişirən ay” adlanan avqustu əksəriyyət sərin bölgələrdə keçirməyə can atsa da, şəhər boşalmır. İş-güc arxasınca gedənlər, sadəcə, Bakının qızmar nəfəsini sevənlər və şəhərin havanın şıltaqlığından xəbərsiz qonaqları PhotoStock.az-ın obyektivlərinə tuş gəliblər.
İlin hər fəslində fərqli gözəllik nümayiş etdirən Bakıdan Günəş hərarəti süzülən fotoreportajı təqdim edirik: