XİN gəncləri təbrik etdi
“Dünyadakı bütün dinamik, yenilikçi, fədakar və vətənpərvər gənclərin Beynəlxalq Gənclər Günü mübarək olsun”.
Yenixeber.org: Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X”dəki səhifəsində paylaşım edib.
“Cəmiyyətlərimizin inkişafına töhfə verən gələcək fəaliyyətinizdə sizə uğurlar arzulayırıq”, - paylaşımda bildirilib.
Xatırladaq ki, 12 avqust dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur.